Facebook gəlirinin və xalis mənfətinin artdığını açıqladı
Dünyanın ən böyük sosial media şirkəti Facebook, 2017-ci ilin dördüncü rübündə gəlirinin və xalis mənfətinin artdığını açıqlayıb.
"Marja" xəbər verir ki, Facebook, Nyu-York Birjasının bağlanmasının ardından ötən ilin dördüncü rübünə dair balansını açıqlayıb.
Facebook-un xalis mənfəəti ötən ilin oktyabr-dekabr dövründə 19,6 faiz artımla 4,27 milyard dollara çatıb. Əvvəlki ilin eyni dövründə şirkət 3,57 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin 2016-nın dördüncü rübündə bir səhmə xalis mənfəəti 1,21 dollar ikən, 2017-nin son rübündə bu məbləğ 1,44 dollara yüksəlib.
Şirkətin ötən ilin dördüncü rübündə gəliri 47,2 faiz artaraq 12,97 milyard dollara çatıb. Facebook, 2016-nın dördüncü rübündə 8,81 milyard dollar gəlir əldə etdiyini bildirmişdi.
Facebook-un reklamlardan əldə etdiyi gəlir də sözügedən dövrdə 8,63 milyard dollardan 12,78 milyard dollara çataraq 48,1 faiz artım qeyd edib.
Dördüncü rüb reklam gəlirlərinin 89%-i mobil reklamlardan gələrkən, bu nisbət əvvəlki ilin eyni dövründə 84 faiz olmuşdu.
İSTİFADƏÇİ SAYINDA ARTIM
Ötən ilin oktyabr-dekabr dövründə, Facebookun gündəlik və aylıq aktiv istifadəçi sayında da artım görülüb.
Facebook-un gündəlik aktiv istifadəçi sayı 2017-nin dördüncü rübündə orta hesabla 1,4 milyard nəfər olub. Bu 2016-cı ilin eyni dövrünə nisbətən 13,8 faiz yüksəlib.
Facebook-u istifadə edən aylıq aktiv istifadəçi sayı da həmin dövrdə orta hesabla 2,13 milyard nəfərə çataraq illik müqayisədə 14,5%-lik artım göstərib.
Facebook qurucusu və icraçı direktoru Mark Zuckerberg etdiyi açıqlamada, Facebook üzərindən yayılan viral görüntülərdə şirkətin məhdudlaşdırma tətbiq etdiyinə diqqəti çəkərək, "Bu sayədə Facebook-da sərf edilən zamanı gündəlik təxminən 50 milyon saat azaltmış olduq",-ifadələrini istifadə edib.
Ancaq, istifadəçilərin Facebook-da keçirdikləri zamanın azalması vəziyyətində şirkətin reklam gəlirlərinin azalacağına işarə edən mütəxəssislər, bunun şirkətin 2018-ci ildə gəlirinə və mənfəətinə mənfi təsir edəcəyini vurğulayırlar.
Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda, Facebook-un səhminin qiyməti 177,46 dollara qədər geriləyərək 5% düşüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 22 saat əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib





















