“AzSığorta”nın yeni baş ofisinin rəsmi açılışı keçirilib
Yanvarın 31-də Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin yeni müasir üslubda dizayn olunmuş baş ofisinin rəsmi açılışı keçirilib. Açılış mərasimi şirkətin rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.
Yeni ofis çox funksional üslubda dizayn olunub və əməkdaşların rahatlığını təmin etmək üçün bütün imkanlara malikdir. Ofisin əsas üstünlüyü onun “open space” formatında olmasıdır. Bu ofis formatı əməkdaşların kommunikasiya prosesini operativləşdirir və səmərəli iş üçün bütün şəraitlə təmin olunub. Ofis müxtəlif görüş otaqlarından, gözləmə zalından, mərkəzdə əməkdaşların rahat istirahəti üçün istirahət zonasından ibarətdir.
Açılışda iştirak edən “AzSığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov yeni ofis və yeni planlar haqqında məlumat vermişdir.
Ötən il sığorta bazarı üçün çoxlu çağırışlar ili olmuşdur. O cümlədən bizim üçün. Lakin biz bu çətinliklərə, bazardakı çətin əməliyyat şəraitinə baxmayaraq bir sıra vacib və cəsarətli qərarlar verdik. Bu gördüyünüz ofis də bizim yeni planlarımızın, yeni biznes strategiyamızın bir hissəsidir. Yeni ofis elə layihələndirilib ki, şirkətdə əməkdaşlarımızın rahat, səmərəli və müasir iş şəraitində işləməsi üçün bütün imkanlar var. Bu isə bizə qarşıda qoyduğumuz yeni hədəflərə çatmağımıza kömək edəcək” – deyə, A. Talıbov bildirib.
Ofisin açılış mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılmışdır.
“Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
46 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
47 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)







