"AccessBank"ın sərfəli kampaniyalarının bitməsinə 2 gün qaldı!
"AccessBank"ın keçirdiyi iki möhtəşəm kampaniyanın bitməsinə iki gün qaldı! Söhbət nağıl kimi "Üçü var idi, üçü yox idi…" və "Hər tərəfdən sərfəli!" kampaniyalarından gedir.
"Üçü var idi, üçü yox idi…" kampaniyası çərçivəsində bankdan mikro, aqro və istehlak krediti götürən müştərilərə aylıq ödənişlərdə istənilən 3 ay GÜZƏŞT MÜDDƏTİ verilir və son 3 ayın faizləri HƏDİYYƏ edilir! Başqa sözlə, 3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur!
Yanvarın 31-dək "AccessBank"dan kredit götürənlər ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti kimi seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunacaq və ödənişi növbəti aylarda həyata keçirəcək. Bununla yanaşı, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə edilir. Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti minimum 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək. Kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən başlayır.
Böyük marağa səbəb olan "Hər tərəfdən sərfəli!" kampaniyası çərçivəsində isə "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" plastic kartları müştərilərə 50% endirimlə təklif olunur. Kampaniyada iştirak edən şəxslər yarı qiymətə plastik kart əldə etməklə yanaşı, "iPhone X" udmaq şansı da qazanır.
Qeyd edək ki, kampaniyada iştirak etmək üçün "AccessBank" tərəfindən dövriyyəyə buraxılmış "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, internet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 AZN və ya ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.
Qaliblər kampaniya müddətində Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkdir. Ən çox sayda əməliyyat edən 1 müştəri və ən böyük məbləğdə əməliyyat edən 1 müştəri yeni “IPhone X” smartfonu qazanacaq
Əgər siz hələ də bu kampaniyalardan yararlanmamısınızsa, "AccessBank"dan sərfəli kredit və plastik kart əldə etməyə tələsin!
Kampaniyalarla bağlı daha ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
3 d. əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 12 d. əvvəl
-
- 38 d. əvvəl
- 41 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
1 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
1 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
2 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir























