Azərbaycanın turizm agentlikləri Avropa qatarlarına bilet ala biləcəklər
Azərbaycanın turizm agentlikləri öz müştərilərinə bütün Avropa ərazisində hərəkət edən qatarlara qabaqcadan bilet almaq üçün bu il fevralın ortalarından “Rail Europe” şirkətinin yenilənmiş və əlverişli saytından istifadə edə biləcəklər.
Bunu Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış meneceri Aleksis Darn bəyan edib.
O deyib: “Hazırda “Rail Europe” şirkətinin Azərbaycanda nümayəndəliyi – “SI Travel & Luxury” şirkəti fəaliyyət göstərir. Bunun sayəsində azərbaycanlı turistlər Bakının turizm agentliklərində Avropa qatarlarına bilet alıb, onların haqqını manatla ödəyə biləcəklər. Bu, çox rahatdır, çünki biletləri qabaqcadan almaq birbaşa yola düşməzdən əvvəl vağzalda alınan biletlərlə müqayisədə onların qiymətində xeyli qənaət etməyə imkan verir. Yenilənmiş sayt işə salınana qədər turizm agentlikləri əvvəllər olduğu kimi, biletləri nümayəndəliyimiz vasitəsilə , yaxud birbaşa “Rail Europe”nin “B2B” saytında (www.agents.raileurope-world.com») də sifariş etməyə davam edə bilərlər.
Qeyd edək ki, Avropada qatarlar istər dövlətlər, istərsə də ayrılıqda bir ölkənin regionları, şəhərləri və ətraf qəsəbələri arasında ən geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun səbəbi çoxdur. Dəmir yolu vağzalları adətən şəhərlərin mərkəzlərində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir. Avropada qatarlar sürətli, rahat və səssizdir. Təyyarələrdə olduğu kimi, qatarlarda da ekonom, biznes və s. kimi klaslar tətbiq edilir. Üstəgəl çevik hərəkət cədvəli: qatarlar fasiləsiz işləyir və cədvələ uyğun düz öz vaxtında yola düşür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















