Daxilindəki “Div”i oyandır
www.readit.az saytı sizi dünyanın ən məhşur və ən çox satılan kitablarının qısa məzmunu ilə tanış etməyə davam edir. Sayta yerləşdirən növbəti qısa məzmun isə tənqidçilərin və oxucuların müsbət rəyini alan “Daxilindəki divi oyandır” (Antoni Robins) kitabıdır. Bu məqaləmizdə sizə kitabla bağlı ümumi tanışlıq verməyə çalışacağıq.
Yeri gəlmişkən, bu qısa məzmun Readit saytının sayca 63-cü qısa məzmunudur. Siz sayta abunə olaraq bütün kitabxanaya giriş əldə edə bilərsiniz.
Bir çox insanın bütün resurslarımızı həyatımızın tək bir sahəsinə fokusladıqda idarə edə biləcəyimiz nəhəng qüvvədən xəbəri yoxdur. Həyatımızdakı dəyişikliklərin hər hansı real bir dəyərə sahib olması üçün onlar qalıcı və qətiyyətli olmalıdır. Bunun üçün lazım olan addımlar aşağıdakılardır:
Addım 1: Standartlarınızı yüksəldin.
Addım 2: Məhdudlaşdırıcı inanclarınızı dəyişdirin.
Addım 3: Strategiyanızı dəyişin.
Müəllif kitabında göstərir ki, bizim fəaliyyətimizə təsir edən beş əsas sahə var:
1. Emosional Hakimiyyət
2. Fiziki Hakimiyyət
3. Əlaqələrdə Hakimiyyət
4. Maliyyə Hakimiyyəti
5. Zaman Hakimiyyəti
Müəllif vurğulayır ki, həyatımızı idarə etmək istəyiriksə, fəaliyyətlərimizi nəzarətdə saxlamağı bacarmalıyıq. Bunun üçün qətiyyətli qərarlar verməyə hazır olmalıyıq. Çünki, qərarlar hərəkətlərdən əvvəl gəlir və taleyinizi formalaşdırır. Elə bu dəqiqə həyatınızı dəyişdirmək qüvvəsinə malik yeni bir qərar qəbul edə bilərsiniz - bu, dəyişdirəcəyiniz hər hansı bir vərdiş, ustalaşacağınız hər hansı bir bacarıq, ya da insanlara necə davranacağınızla bağlı qərarlar ola bilər.
Bundan başqa, bizi yönləndirən qüvvənin ağlımız olduğuna inanmağımıza baxmayaraq, bir çox hallarda hisslərimiz bizi idarə edir. Sinir sistemimizdə bizi ağrı və ya zövqə aparan təcrübələri təsvir etmək üçün neyron əlaqələri var. Belə ki, biz özümüzü, bədənimizi və hisslərimizi ağrı və ya zövqlə bağlı seçdiyimiz hər şeyə istiqamətləndirməyi öyrənə bilərik. Ağrı və zövqlə əlaqələndirdiyimiz şeyləri dəyişərək, davranışlarımızı da dəyişə bilərik. Bundan başqa, əgər davranışınızda uzunmüddətli, qətiyyətli dəyişikliklər etmək istəyirsinizsə, inamınızı dəyişdirməlisiniz.
Beləliklə, Antoni Robins bu möhtəşəm kitabda sizə vərdişlərin gücünü, onları dəyişdirməyin mümkünlüyünü və yollarını, daxilinizdəki divi oyandırmaqla əldə edə biləcəkləriniz göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























