"Quş qripi" qonşularımızdan Azərbaycana keçə bilər?
“Qrip infeksiyası payız-qış aylarında özünü büruzə verir. Lakin ölkədə bu mövsümdə havalar elə də soyuq keçmədiyindən Azərbaycanda hazırda heç bir təhlükəli qrip virusu aşkar edilməyib”.
Bunu açıqlamasında Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.
O qeyd edib ki, hazırda mövsümlə əlaqəli respirator infeksiyalar daha çox yayılıb, lakin bu da qrip yox, soyuqdəymələrdir.
Üç növ – A, B və C qrip infeksiyasının olduğunu xatırladan mütəxəssis bildirib ki, onlardan ən təhlükəlisi A-dır: “Bu günə qədər laboratoriyada bu növ qripə rast gəlinməyib və ölkədə qriplə bağlı yayılma halları yoxdur. Sadəcə soyuqdəymələr qeydə alınır. Bu da hava ilə əlaqəlidir”.
A.Əsədova əhaliyə müraciət edərək vurğulayıb ki, hazırda Rusiyada B növlü qrip infeksiyası var: “Həmin virusun Azərbaycan keçmə ehtimalının olacağını dəqiq deyə bilmərəm. Bu gün ölkədə heç bir təhlükəli vəziyyət yoxdur. Xatırladım ki, təhlükəli viruslu qruplər çox ağır formada keçir və sonradan pnevmaniyaya gətirib çıxarır, ağır fəsadlarla nəticələnir”.
İnstitut rəsmisi əhaliyə məsləhət görüb ki, bu mövsümdə daha meyvə-tərəvəz yeməyə üstünlük verilməlidir: “Maye qəbulunun çoxluğuna diqqət edilməli, özlərini pis hiss edən xəstə insanlar evdən çıxmamalıdırlar. Yataq rejimi mütləqdir. Zoğallı və limonlu çay içərək bədəndəki toksik maddələrin çıxmasına kömək edilməlidir. Otağın havası tez-tez dəyişilməli, maska taxılmalı, tərkibi “C” vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir. Yaxud hər səhər xırda-xırda limon doğranıb bala qatılmış qarışımı bir çay qaşığı qəbul etmək məsləhətdir. Bütün bu qabaqlayıcı tədbirləri görməklə immuniteti qaldırmaq mümkündür”.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə hazırda ölkədə həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan vəziyyətin stabil olduğunu qeyd edib: “Azərbaycanda qriplə xəstələnmə halları az qeydə alınır. Ölkədə qriplə xəstələnmə epidemioloji həddi keçməyib və hər şey nəzarət altındadır”.
XXX
Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb.
Bu qərara səbəb vilayət ərazisində ev quşlarında "quş qripi"nin qeydə alınması olub.
Qeyd olunur ki, qərar yanvarın 5-dən başlayaraq qüvvəyə minir.
Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı qadağan edilib.
Qeyd edək ki, İranda da "quş qripi" yayılıb.
© Trend, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 48 d. əvvəl
-
59 d. əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
























