Elektrikli avtomobillərin mənzilləri artır
Elektrikli avtomobillərin mənzilləri artır. Yəni, avtomobillər bir dəfə enerji yığmaqla daha uzun məsafə qət edə bilirlər.
"Marja" xəbər verir ki, 6 il əvvəl bazarda yalnız üç model var idi və orta hesabla mənzil 117 km idi. ABŞ-ın Enerji Departamentinin hesabatına görə, bu rəqəm indilərdə 183 km-ə çatıb. Bir başqa ifadə ilə altı ildə orta hesabla mənzillərdə 56 faiz artım baş verib.
Ən aşağı mənzilə malik avtomobil 65 km ilə Smart Fortwo, ən yüksək mənzilə sahib olan isə 530 km ilə Tesla Model S avtomobilidir.
Əslində elektromobillərin mənzillərinin bundan sonra sürətlə uzanacağını təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur. Son dövrdə bazara çıxan maşınların çoxu 300-500 km arasında mənzil vəd edir. Bundan başqa, batareya texnologiyası üzərində işlər də sürətlə davam edir. Beləliklə, yaxın zamanda orta hesabla mənzillərdə çox daha yüksək rəqəmləri görmək mümkün olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
27 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























