OPEC və dostları razılaşdı - Toplantı keçirilib
Avstriyanın paytaxtı Vyanada, OPEC üzvü olan üç və OPEC üzvü olmayan iki ölkənin yaratdığı Birgə Nazirlər Nəzarət Komitəsinin (OBGK) açılış toplantısı keçirilib. Toplantıda OPEC və dostları hasilatın monitorinqinin aparılması məsələsində razılaşıblar.
"Marja" xəbər verir ki, OPEC tərəfindən verilən açıqlamada, keçən aylarda OPEC üzvü və OPEC üzvü olmayan ölkələrin qəbul etdiyi gündəlik neft hasilatı səviyyəsinin azaldılması razılaşmasının uğurla həyata keçirilməsi və qərarın bazara əks olunmasının təqib edilməsi üçün Monitorinq Komissiyası yaradıldığı bildirilib. Komissiyanın üç OPEC üzvü olan ölkə (Əlcəzair, Küveyt və Venezuella) və iki OPEX xarix ölkədən (Rusiya və Omanın) ölkədən ibarət olduğu bildirilib.
Açıqlamada, neft bazarında sabitliyin təmin olunması, istehsalçı və istehlakçıların maraqlarının qorunması üçün qəbul edilən qərarların və əməkdaşlığın önəmi qeyd edilərək, müqaviləyə tam və vaxtında əməl edilməsi üçün bir sıra qərarlar qəbul olunduğu bildirilib.
OBGK Komitəsinin qəbul etdiyi qərarlara görə, OPEC Katibliyi, OPEC üzvü olan və olmayan ölkələrin xam neft hasilatına dair hər ayın 17-sində Birgə Nazirlər Monitorinq Komitəsinə (OBGK) aylıq istehsal göstəricilərinə dair hesabatı təqdim edəcək. Həmçinin əlaqədar ölkənin istehsal nizamlamasına uyğunluğunun qiymətləndirilməsi yalnız istehsal göstəricilərinə əsaslanacaq.
OBGK-ni təşkil edən beş üzv ölkənin hər birinin nəmizədinin iştirakı ilə Texniki Komitə yaradılır. Komitənin üzv şəxsləri OPEC katibliyi də daxil, müvafiq nazirlərə kömək edəcəklər. Texniki Komitə, OPEC katibliyi ilə əməkdaşlıq halında, mütəmadi olaraq görüşərək, OBGK-ya aylıq hesabat təqdim edəcək.
OBGK hər ayın 17-sində toplaşaraq, Texniki Komitənin təqdim etdiyi hesabatları may ayında keçiriləcək OPEC toplantısı ərəfəsində qiymətləndirəcək.
OBGK, OPEC-in ötən noyabr ayında 171-ci Nazirlər Toplantısında qəbul edilən qərar və OPEC üzvü olmayan ölkələr ilə əldə edilən əməkdaşlığın həyata keçirilməsinə dair aylıq mətbuat açıqlaması yayacaq. Həmçinin Nazirlər Toplantısında qəbul edilən qərarların bazara əks olunması məruzə ediləcək.
OPEC üzvü olan ölkələr, 30 Noyabr 2016-cı il tarixində Vyanada qəbul etdiyi qərarla neft hasilat səviyyəsini gündəlik 1,2 milyon barrel endirmək qərarı vermişdilər. OPEC üzvü olmayan ölkələr ilə 10 Dekabr 2016-cı il tarixində əldə edilən razılaşma nəticəsində Rusiya 300 min barrel, digər 10 ölkə isə 258 min barrel daha az istehsal edəcəyini açıqlamışdı. Verilən qərarların 1 Yanvar 2017 -ci il tarixindən tətbiqinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























