Dollarla əmanət qəbulu şərtləri dəyişib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) 6 yanvar 2017-ci il tarixli qərarı ilə ABŞ dollarında 1 ildən artıq müddətə (18-120 aylıq) əmanət qəbulu dayandırılıb.
Məlumata görə, indiyə qədər Amerika valyutası ilə bağlanmış orta və uzunmüddətli əmanət müqavilələrinin müddəti bitdikdən sonra onlar avtomatik olaraq eyni şərtlərlə uzadılmayacaq. Müştərinin istəyi ilə müqavilənin müddəti yalnız 1 il artırıla bilər.
Yeri gəlmişən, ABB dollarla 1 il müddətinə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 1% artırıb. Hazırda Bank faizlərin aylıq və yaxud müddətin sonunda ödənilməsindən asılı olaraq dollar əmanətlərinə illik 3-3,25% divident ödəyir. İndiyə qədər bu göstərici 2-2,25% olub.
Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 28,18%-i “Aqrarkredit” QSC – bank olmayan kredit təşkilatına (BOKT), 16,86%-i isə 12 qeyri-dövlət müəssisəsi və 1 761 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























