Yol qəzaları zamanı sürücünün sığorta şirkətini gözləməsi vacibdir?
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən yol qəzaları nəticəsində yollarda yaranan tıxacların aradan qaldırılması üçün sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, yol qəzaları zamanı sürücülər tıxac yaratmamaq üçün avtomobilləri yolun hərəkət zolağından kənara çəkməli, yolda avtomobillərin maneəsiz hərəkətinə şərait yaratmalıdır.
Sürücülər yol polis və sığorta agentliyi əməkdaşlarının hadisə yerinə gələrək baş vermiş qəzanın səbəbini araşdırana qədər avtomobili qəza yerindən kənara çəkməyin qanunsuz olduğunu bilirlər.
Prosesdə sürücü necə hərəkət etməlidir?
BAN-in mütəxəssisləri bildirirlər ki, bununla bağlı məsələ qanunvericilikdə təsbit olunub. Qanunvercilik yol-nəqliyyat hadisəsində zədələnmiş nəqliyyat vasitəsinin məhz hadisə yerində sığortaçıya təqdim edilməsini nəzərdə tutmur. Zədələnmiş avtomobilin konstruksiyasını dəyişilmədən istənilən yerdə bu, həyata keçirilə bilər. "İcbari sığortalar haqqında" qanunun 58.2-ci maddəsində göstərilən hallarda - müvafiq qurumun yol-nəqliyyat hadisəsini təsdiqləyən sənəd hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə, hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə, dəymiş zərərin həcmi 1000 manatdan çox olmadıqda, hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda tələb olunmur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, baş verən yol qəzası nəticəsində sürücülər arasında anlaşma olarsa, bu halda sığorta şirkətinin əməkdaşını gözləmədən qəzaya uğramış avtomobilləri hadisə yerindən kənarlaşdırmaq olar:
"Bu məsələ qanunvericilikdə kifayət qədər öz əksini tapıb. Avtomobillər iki növ sığorta edilir. İcbari və kasko, yəni ümumi sığorta. Qanunvericiliyə görə, qəza baş verən zaman sürücü dərhal hadisəni araşdıran orqana, yəni Dövlət Yol Polisinə məlumat verməlidir. "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə görə, hadisə baş verərkən yol polisi hadisə yerinə gəlməyincə, hadisə yerini tərk etmək qadağandır. Həmin maddəyə görə, bir halda hadisə yerini tərk etməyə icazə verilir. Əgər hadisə zamanı yalnız avtomobillərə maddi ziyan dəyibsə, xəsarət alan və sürücülər arasında mübahisə yoxdursa, qəza yerini təbaşirlə işarələyib hadisənin foto və video çəkilişi aparılmaqla avtomobilləri hadisə yerindən kənarlaşdırmaq olar. Həmin prosesdə sürücülər özləri sənəd tərtib edərək onu hadisə şahidlərinə təsdiqlətdikdən sonra avtomobilləri ərazidən uzaqlaşdıra bilər".
Ə.Hüseynov bildirir ki, bu halda sığortaçı sürücüləri qanunsuzluqda ittiham edə bilməz:
"Əgər hadisə barədə sığorta şirkətinə dərhal məlumat verilibsə, əmlak vəziyyəti dəyişdirilmədən sığortaya qiymətləndirilmək üçün təqdim olunursa, bu prosesdə problem ola bilməz. Məqsəd odur ki, əmlakın vəziyyəti dəyişdirilməsin. Bu halda sığortaçıya hadisə yeri vacib deyil. Hadisə yerinin sığorta şirkətinə aidiyyəti yoxdur, qurum dəymiş ziyanı müəyyənləşdirir. Belə halda sürücü yolda, hadisə yerində sığortaçını gözləməli deyil".
Ə.Hüseynov deyir ki, əmlakın zədəsinin sığorta şirkətinə hadisə yerində təqdim edilməsi qanunda göstərilməyib. Qanuna görə, sığorta şirkətinə əmlakın zədəsi dəyişdirilmədən təqdim edilməlidir:
"Əgər hadisə baş veribsə, sürücü ziyan dəymiş avtomobili evakuator vasitəsilə də zədəni dəyişdirmədən sığorta şirkətinə istənilən yerdə təqdim edə bilər. Sığortaçıya o maraqlıdır ki, avtomobil sahibi onu aldatmasın, avtomobildəki əvvəldən olan zədəni də hadisə baş verən vaxt yaranan zədə kimi təqdim etməsin. Hadisəyə hüquqi qiymət verilməsinin sığortaçıya heç bir aidiyyəti yoxdur. Hüquqi qiymət vermək yol polisi və digər hüquq-mühafizə orqanlarının işidir".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
1 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
1 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!






.jpg)





.jpg)







