Unibankdan 216 milyon manata yaxın ehtiyatlanma
Unibank ASC 2016-cı il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” hesabatlara istinadən xəbər verir ki, ötən il ötən il Unibankın cəmi gəlirləri 164 milyon 443 min manat, o cümlədən faiz gəlirləri 122 milyon 14 min manat, qeyri-faiz gəlirləri 41 milyon 429 min manat təşkil edib. Bankın xərcləri isə 93 milyon 109 min manat olu və nəticədə də 71 milyon 334 min manat əməliyyat mənfəəti qalıb. Unibank-ın səhmdarları gələcəkdə kreditlərin qaytarılmaması ehtimalını nəzərə alaraq gəlirləri mənfəət şəkilində götürmür, gəlirlərin bir hissəsi ehtiyatda saxlanılır. Bank ötən il ehtiyata 102 milyon 634 min manat ayırıb. Buna görə Unibank ili 31 milyon 300 min manat zərər ilə başa vurub.
2015-ci ildə Unibankın cəmi gəlirləri 201 milyon 743 min manat, cəmi xərcləri 116 milyon 260 min manat, xalis əməliyyat mənfəəti 85 milyon 482 min manat, ehtiyata ayırma 113 milyon 172 min manat, il üzrə zərəri isə 27 milyon 690 min manat təşkil etmişdi.
Beləliklə, Unibank son 2 ildə ehtiyatlara 215 milyon 806 min manat ayırıb. Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. Əgər gələcəkdə müştərilər kreditləri geri qaytarmasalar Bank yarana biləcək itkisini ehtiyatlardakı vəsaitlə kompensasiya edir və sabit fəaliyyətini davam etdirir.
2016-cı ilin sonuna Bankın kredit portfelinin həcmi 426 milyon 612 min manat təşkil edib.
Unibank xarici maliyyə institutlarından cəlb edilmiş vəsaitlərdən xeyli məbləğdə geri qaytarıb. Ötən il cəlb edilmiş vəsaitdən 58 milyon 492 min manat geri ödənilib və nəticədə belə vəsaitlər 274 milyon 431 min manata düşüb.
31 Dekabr 2016-cı il tarixinə Unibank 716 milyon 522 min manat cəmi aktivlərə, 650 milyon 5 min manat cəmi öhdəliklərə 67 milyon 942 min manat cəmi kapitala malik olub.
2015-ci ilin sonunda Unibank 1 milyard 27 milyon 983 min manat cəmi aktivlərə (o cümlədən 654 milyon 752 min manatı kreditlər və lizinqlər), 925 milyon 630 min manat cəmi öhdəliklərə 102 milyon 353 min manat cəmi kapitala malik idi.
Unibankın maliyyə hesabatlrı ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 6 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
























