Nutella-nın istehsalçısı iddialara cavab verdi
Ferrero Qrupu, şokolad və fındıq qarışığından ibarət məhsulu olan Nutella ilə bağlı ortaya atılan iddialara cavab verib.
"Marja" xəbər verir ki, "Ferrero Türkiyə" şirkətinin direktoru Azmi Gümüşlüoğlu, son günlər Avropa Qida Təhlükəsizliyi Şurasının (EFSA) 2016-cı ilin May ayında açıqladığı hesabatının məzmunundan istifadə edilərək başda "Nutella" olmaqla məhsulları haqqında ortaya atılan iddialara təşkil etdiyi mətbuat konfransında cavab verib.
Azmi Gümüşlüoğlu, "İstehlakçılarımız arxayın Nutella yeyə bilərlər. Biz buna zəmanət verməküçün məhsulu ən yüksək sağlamlıq təhlükəsizliyi standartlarında çıxarırıq. Nutella, İtaliya və bütün dünyada qürurla rəflərdəki yerini qorumaqdadır. EFSA-in şərhləri bütün bitki mənşəli yağları əhatə etməkdədir" deyə bildirib.
"Nutella dünyanın heç bir yerində rəflərdən yığdırılmamışdır"
Gümüşlüoğlu, Nutella-nın İtaliyada rəflərdən yığdırıldığı xəbərlərinə bağlı, "İddialar əsassızdır. Məhsulumuz heç bir ölkədə rəflərdən yığışdırılmamışdır. Bu iddianın çıxış nöqtəsi İtalyan supermarket şəbəkəsi Coop-un palma yağı ehtiva edən özünə aid markalı market məhsullarını rəflərdən götürməsidir. Coop öz məhsulunu yığışdırmasına baxmayaraq Nutella-nı hələ də rəflərində satmaqdadır. İtaliya daxil, dünyanın dörd bir tərəfində Nutella və digər məhsullarımızın satışı nizamlı bir şəkildə davam etməkdədir" deyib.
“BÜTÜN YAĞLARDA 200 DƏRƏCƏ İSTİDƏ TƏHLÜKƏLİ MADDƏLƏR ƏMƏLƏ GƏLİR ”
EFSA hesabatında heç bir şəkildə palma yağının istehlak edilməməsinə dair bir tövsiyə olmadığını və 50 ildir palma yağı istifadə etdiklərini bildirən Gümüşlüoğlu çıxışına belə davam etdirib:
"Palma yağı Avropa Birliyi kodekslərinə də uyğun olaraq kakaolu məhsulların istehsalında istifadə edilməsi uyğun olan 5 yağ növündən biridir. EFSA hesabatı çoxlu sayda qida məhsulu və yağlar üzərindəki maddələrə dair analizləri ehtiva etməkdədir. Hesabata görə, 200 dərəcənin üzərində istilikdə bütün yağlarda təhlükəli maddələrin meydana gəlməsi riski artmaqdadır. Hesabatı mənbə göstərib yayılan xəbərlər əsassızdır. Bu məzmunda EFSA hesabatının doğru dürüst oxunmadığı ortadadır."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























