Bu şirkət siqaret bazarının yarsını ələ keçirmək üçün 30 milyon pul qoyur
Bir qədər əvvəl Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış və tütün istehsalı ilə məşğul olacaq “Tabaterra” QSC Parka 30 milyon manat pul qoya bilər.
Bu məqsədlə şirkətin nizamnamə kapitalı 6 min dəfə artırılacaq.
Xatırladaq ki, Vergilər Nazirliyi “Tabaterra”nı bu il sentyabrın 11-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi,18 (Xovlu İpək Fabrikinin ərazisi), nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Cavanşirdir.
“Tabaterra” beynəlxalq standartlara uyğun siqaret istehsal edəcək. Şirkət ildə 7 mlrd. ədəd filtrli siqaret istehsal edəcək müəssisə inşa etməyi planlaşdırır. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.
Bu gün Sumqayıtda fabrikin təməli qoyulub.
Prezident İlham Əliyev bildirib ki, fabrikin çox böyük əhəmiyyəti var:
"Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
7 d. əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
- 13 d. əvvəl
- 28 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Ən çox oxunanlar
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
























