Türkiyə Mərkəzi Bankı faiz artırdı - LİRƏ UCUZLAŞDI
Türkiyə Mərkəzi Bankı gözlənildiyi kimi likvidlik pəncərəsi faizini (GLP) 50 bənd yüksəldib. GLP faizi 12,25%-dən 12,75%-ə qaldırılıb.
"Marja" xəbər verir ki, iqtisadçılar GLP faizində 100 bənd artım ediləcəyini gözlənyirdilər. Beləliklə, bazar məyus olub.
Bank uçot dərəcəsini 8%-də, faiz dəhlizinin aşağı və yuxarı faizini müvafiq olaraq 7,25 faiz və 9,25 faiz səviyyəsində saxlayıb.
TÜRK LİRƏSİ DƏYƏRDƏN DÜŞÜB
Dollar/TL qərardan sonra sərt yüksəlişlə 3.83-dən 3.89-a, Avro/TL 4.53-dən 4.59-aqədər yüksəlib. Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 1,7% artımla 3.8780 səviyyəsindədir.
Bankın açıqlamasında 2017-ci ildə cəmi tələbin güclü olduğu, kreditlərdə sürətli bir artım müşahidə edildiyi, son dövrlər açıqlanan statistik göstəricilərin iqtisadi fəaliyyətin gücünü qoruyub saxladığına işarə etdiyi qeyd olunub.
Açıqlamada "Daxili tələbdəki yaxşılaşma davam edərkən xarici tələbdəki artımın ixrac üzərindəki müsbət təsiri davam edir. Lakin inflyasiyanın yüksəlməsi və digər risklər artmışdır. Bu çərçivədə, pul siyasətinin sərtləşdirilməsinə qərar verilmişdir".
Qeyd edək ki, Likvidlik Pəncərəsi (GLP) - Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) son borc verən məqam kimi, gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli TL borc imkanı və eyni şəraitdə TL borcvermə imkanıdır. Gecəlik və müvəqqəti bir üsuldur. Likvidlik Pəncərəsinə iki səbəbdən ehtiyac ola bilər: Təsadüfi olaraq, yəni bankın onunla əlaqəsi olmayan bir səbəbdən gün sonunda TL likvidliyini bağlaya bilməməsi və ya bankın maliyyə vəziyyəti yaxşı olmadığı üçün. Bu hallarda Mərkəzi Bankdan müvəqqəti borc alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







