Azercell-dən ölkədə ilk - VoLTE texnologiyalı zəngi reallaşdırdı
Mobil Telekom bazarının lideri özünün əsas texniki tərəfdaşı Ericsson şirkəti ilə birgə simsiz rabitənin imkanlarını genişləndirməkdə davam edir.
Azərbaycan mobil rabitə bazarının lider mobil operatoru Azercell Telekom telekommunikasiya sektorunda daha bir yeniliyə imza atdı. Ölkəmizin mobil rabitə bazarına GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və 4G xidmətini təqdim edən Azercell bu dəfə ilk VoLTE (LTE texnologiyası üzərindən zəng) zəngi reallaşdırdı.
“Bakutel 2017” sərgisində Azercell rabitə texnologiyaları və xidmətləri sahəsində dünya lideri Ericsson şirkəti ilə birgə VoLTE texnologiyasının açıq nümayişini həyata keçirdi və bu Azərbaycanın kommersiya sahəsində edilmiş ilk VoLTE zəng oldu. Ericsson şirkəti VoLTE zəngini sınaqdan keçirmək üçün lazım olan bütün texniki həlləri, o cümlədən İMS platforması, təkminləşdirilmiş verilənlər şəbəkəsi və radio rabitə avadanlığı təmin etdi.
Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. LTE şəbəkəsində məlumatlar yüksək keyfiyyətlə ötürüldüyü üçün VoLTE zəngləri HD keyfiyyətə malikdir və heç bir arxa səs effekti yaratmır. Bundan əlavə, VoLTE imkanlarını dəstəkləyən mobil qurğular bu texnologiyanı dəstəkləyir və heç bir kənar əlavənin (OTT) tətbiq olunmasını tələb etmir. VoLTE texnologiyası vasitəsilə bir mobil telefondan digərinə zəng vasitəsilə qoşulmaq üçün tələb olunan vaxt da əhəmiyyətli dərəcədə azdır. VoLTE texnologiyası, həmçinin, abunəçilərə zəng edərkən və ya zəngləri qəbul edərkən belə 4G şəbəkəsində qalmağa imkan verir. Bu o deməkdir ki, istifadəçi eyni zamanda həm səsli zəngdən yararlana, həm də digər tətbiqlər üçün yüksək sürətli internetdən faydalana bilər.
Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Cetinerin sözlərinə görə, VoLTE sınaq zəngi Azərbaycanda innovativ mobil texnologiyaların inkişafında vacib bir hadisədir:” Biz əminik ki, VoLTE texnologiyasının təklif etdiyi imkanlar yaxın müddətdə kommersiya sahəsində tətbiq olunacaq. Biz bu istiqamətdə Azercell-ə dəstək göstərməkdən qürur hissi keçiririk. Bu texnologiya ölkədəki abunəçilərə ən keyfiyyətli xidmətlərdən faydalanmağa imkan yaradacaq. Belə ki, VoLTE səs keyfiyyətini daha təkmilləşdirəcək və daha geniş ünsiyyət imkanları yaradacaq.”
Qeyd edək ki, Azercell Telekom MMC “Bakutel 2017” sərgisində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri ilə çıxış edib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 26 d. əvvəl
-
26 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 34 d. əvvəl
-
45 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
54 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit



















