Qazaxıstan limanından Bakıya avtomobillərin daşınmasına başlanıb
Qazaxıstanın Kurık limanından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Ro-Ro tipli “Bəstəkar Qara Qarayev” gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Ro-Ro tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bu gün çatıb.
Məlumat üçün bildirək ki, uzunluğu 125,25 metr, eni 16,22 metr olan gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus “Bəstəkar Qara Qarayev” gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur.
Qeyd edək ki, bundan əvvəl Kurık limanından yalnız vaqonların yüklənməsi mümkün idi. Ro-Ro tipli gəmilər üçün yeni yanalma körpüsünün istifadəyə verilməsi isə TIR və minik avtomobillərinin də daşınmasına şərait yaradıb.
Liman rəsmilərinin sözlərinə görə, yeni körpü ildə 2 milyona yaxın əlavə yük göndərməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
22 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 24 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















