Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR
2016-cı ildə ölkə rezidentləri tərəfindən 59 milyard 987,7 milyon manatlıq və ya 2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz azalması olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artmışdır.
Keçən il sənayedə 22 milyard 434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 milyard 152,2 milyon manatlıq, tikintidə 6 milyard 4,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 milyard 102,4 milyon manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 milyard 369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 milyard 436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1 milyard 60,2 milyon manatlıq əlavə dəyər yaradılmışdır.
ÜDM–in 10 milyard 836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər 4 milyard 591,2 milyon manat təşkil etmişdir.
Yola saldığımız ildə ümumi daxili məhsulun 39 milyard 403,1 milyon manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20 milyard 584,6 milyon manatı) isə neft-qaz sektorunun payına düşmüşdür.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
26 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit





















