Nissan Hindistandan pulunu ala bilmir
Yaponiyanın avtomobil istehsalçısı Nissan, Hindistanda söz verilən dövlət stimullarını ala bilmədiyi üçün beynəlxalq məhkəməyə müraciət edib. Şirkətin iddiasına görə, Hindistan dövlətindən 770 milyon dollar alacağı var.
"Marja" xəbər verir ki, 2008-ci ildə avtomobil zavodu açmasına qarşı Tamil Nadu yerli hökuməti ilə müqavilə bağlayan Nissan pulunu hələ də almadığını deyir.
Nissan rəsmiləri Baş nazir Modi ilə 2015-ci ildə görüşdüklərini və ondan yerli hökumət ilə problemi həll etməsi üçün dəstək istədiklərini. lakin bundan bir nəticə çıxmadığını bildiriblər.
Tamil Naduda qurulan avtomobil zavoduna Nissan son yeddi il ərzində 946 milyon dollar yatırıb. Müəssisədə ildə 480 min avtomobil istehsal olunur.
Nissan-dan verilən rəsmi açıqlamaya görə, şirkətin zavodu Hindistanda 40 min nəfərə məşğulluq təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 1 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















