DəmirBank yeni biznes modelinə keçir - FİLİALLAR BİRLƏŞDİRİLİR
Bazardakı, xüsusilə bank sektorundakı cari vəziyyət ölkənin kommersiya banklarından yeni yanaşma, biznes modellərini bu situasiyaya uyğunlaşdırmağı tələb edir.
Fəaliyyəti əvvəlki yanaşma ilə davam etməklə bazardakı mövqeyi qorumaq, inkişaf etmək mümkün deyil. Bunu nəzərə alan DəmirBank bu məqsədlə önəmli addımlar atmışdır.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, DəmirBank bank sektoru üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətlərindən biri ilə əməkdaşlığı nəticəsində yeni biznes modelə keçid edir. Yeni biznes modelin tətbiqi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Dəyişiklik daha çevik idarəetmə sisteminin, azpilləli (flat) təşkilati strukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, bankın digitallaşması müştərilərə bir çox bank əməliyyatlarını filiala getmədən həyata keçirmək imkanını yaradacaq.
FİLİALLAR ŞƏHƏRİN DAHA MÜNASİB YERLƏRİNƏ KEÇİRİLƏCƏK
Bu səbəbdən müəyyən yeniləşmə və yenidənqurma prosesləri həyata keçiriləcək ki, nəticədə bankın bir sıra filialları müştəri məmnuniyyətinin artırılması məqsədilə rahatlıq baxımından şəhərin daha münasib yerlərinə köçürüləcək. Digər filiallar isə birləşərək tam fərqli konseptlixidmət mərkəzlərinə çevriləcəklər. Bunlardan bəziləri sırf kredit yönümlü filiallar olacaq ki, bankın pərakəndə şəbəkəsinin genişləndirilməsinə, potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasına və daha çevik xidmətin göstərilməsinə töfhə vermiş olacaqdır. Yeni biznes modelin tətbiqi nəticəsində bir neçə yeni xidmət mərkəzinin də açılması nəzərdə tutulmuşdur.
Yeni biznes modelin tətbiqi Dəmirbankın ümumi xidmət şəbəkəsini genişləndirmiş olacaq. Filialların yerləşməsi, yeni xidmət mərkəzlərinin açılmasına paralel olaraq, müştərilərə daha əlçatan olmaq üçün Banka məxsus bankomatlar (ATM), ödəniş terminalları və valyutadəyişmə terminallarının sayı tədricən artırılır.
Bankın strategiyasına əsasən qeyd olunan yeniləşmə və yenidənqurma prosesi 2017-ci ilin sonunadək yekunlaşacaq.
KAPİTALI ƏHƏMİYYƏTLİ MƏBLƏĞDƏ ARTACAQ
Qeyd edək ki, DəmirBankın hazırkı və yeni səhmdarları Bankın kapitalını əhəmiyyətli dərəcədə artırmaq haqda qərar qəbul ediblər. Hazırda kapitalın artırılması prosesi gedir və bu prosescari ilin mart ayının sonuna kimi başa çatdırılacaq.
Digital bankçılığı özünün əsas strateji istiqamətlərindən elan edən DəmirBankın yenilikləri yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Bankın yenicə istifadəyə verdiyi websayt bank sektorunda həm funksionallığına, həm də dizaynına görə ən yaxşı saytlardan biri hesab olunur. Fevral ayı ərzində Bank özünün internet bankçılıq səhifəsini və mobil tətbiqetməsini də müştərilərin istifadəsinə verəcəkdir.
Həmçinin DəmirBank 2016-cı ilin sonunda plastik kartların arxa ofisinin proqram təminatını – “Ocean” sistemini istifadəyə vermişdir. “Ocean” sistemi Bankın plastik kartlar üzrə göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, yeni, daha funksional və çevik kart məhsullarını yaratmağa imkan verəcəkdir. Bu istiqamətdə DəmirBank artıq növbəti aylarda özünün yeni kart brendi altında məhsullar paketini ictimaiyyətə təqdim edəcəkdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















