Yeni il ərəfəsi ipoteka aksiyasına start verildi
VTB (Azərbaycan) Yeni il ərəfəsi ipoteka aksiyasına başlayıb ki, bu da müştərilərə endirimli faiz dərəcəsi ilə ipoteka krediti əldə etməyə imkan verir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, aksiya çərçivəsində Azərbaycan ipoteka fondunun xətti ilə kredit illik 7%-lə təklif olunur. Bayramqabağı aksiya 31 dekabr 2017-ci ilədək davam edəcək.
Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka krediti 3 ildən 25 ilədək müddətə təqdim oluur. İpoteka üzrə ilkin ödənişin minimal məbləği 20% təşkil edir.
Borcalanın gəliri tələb olunan məbləğdə kredit almaq üçün yetərli olmadıqda, kredit almaq üçün daha iki borcalan da cəlb oluna bilər.
Xatırladaq ki, əhalinin müəyyən kateqoriyası (şəhidlərin ailə üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluğunda çalışanlar, elmlər namizədi və ya doktor elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətləri olan şəxslər) üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti də nəzərdə tutulur. Güzəştli ipoteka krediti üzrə faiz dərəcəsi illik 4%, minimal ilkin ödəniş isə 15% təşkil edir. Güzəştli kreditin məbləği 100 000 manatadək, müddəti 30 ilə qədərdir. Hər ailə güzəştli ipoteka kreditindən bir dəfə yararlana bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 15 d. əvvəl
-
21 d. əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
-
25 d. əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
3 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
3 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Martın 29-da gözlənilən hava şəraiti
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

























