Bakıda müsibət avtomobil təqdim edildi - QİYMƏTLƏR +FOTOLAR
2017-ci ilin ən çox gözlənilən avtomobil təqdimatı baş tutdu.
“Marja” xəbər verir ki, bu gün Azərbaycanda böyük ölçülü yolsuzluq avtomobili, uzun illər dəyişməz şöhrətə malik Toyota Prado-nun yeni modeli təqdim edilib.
Nardaranda “Sea Breese” istirahət mərkəzində keçirilən təqdimatda bildirildi ki, Toyota Prado dünyada ən çox bəyənilən və etibar edilən yolsuzluq avtomobilidir.
Yeni Toyota Prado 5-ci nəslin restaylinq versiyasıdır. Toyota Prado yeni xarici görünüş alıb, daha müasir və rahatdır.
"Toyota Prado yolsuzluq avtomobilləri arasında ən güclü və etibarlı avtomobil hesab edilir. Avtomobili sürənlər onun müsibət bir avtomobil olacağının şahidi olacaqlar",- təqdimatın aparıcısı bildirdi.
Təqdimatda Toyota-nın Qafqaz üzrə prezidenti Mitsui Konişi çıxış edərək bildirdi ki, yeni Prado-nu rəsmi dilerlər - Toyota Bakı Mərkəzi və Toyota Abşeron Mərkəzindən əldə etmək olar.
Tayota Bakı Mərkəzinin Marketinq müdiri Nərgiz Abbasova çıxış edərək bildirdi ki, Toyota Bakı Mərkəzi "İSR" şirkətlər qrupuna daxildir. 2016-cı ildən fəaliyyət göstərən və Noyabrın 11-də 11 yaşı tamam olacaq şirkətin Bakı və Gəncədə satış salonları mövcuddur.
Tayota Abşeron Mərkəzinin satış müdiri Elşən Əhmədov qeyd etdi ki, Toyota Abşeron Mərkəzi 2016-cı ildən fəaliyyət gösərir. Yeni Prado-dan danışan satış müdri bildirdi ki, avtomobilin xarici görünüşündə və təchizatında bir sıra dəyişikliklər olmuşdur:
"Mən yeni Prado-nu adi yol və yolsuzluq şəraitində test etmişəm. Deyim ki, reallıq gözləntilərimdən qat-qat üstün olub. Ümid edirəm ki, sizin test-drayvdan sonra təəəssüratlarımız üst-üstə düşəcəkdir. İnanıram ki, yeniliklər Prado-nun öz seqmentində liderliyini qoruyub saxlamasına kömək edəcəkdir"
"Toyota Qafqaz" MMC-nin Azərbaycandakı nümayəndəsi Sabir Kazımzadə çıxış edərək qeyd etdi ki, təqdimatda iştirak edənlər Toyota Prado-nu ilk test edənlər olacaqları üçün şanslıdırlar.
Daha sonra avtomobilin üzərindən örtük götürüldü.
Avtomobilə baxdıqda məlum olur ki, Toyota Prado-nin xarici görünüşü cüzi dəyişib. Restaylinq (kosmetik dəyişiklik) zamanı bəzi fraqmentlərə toxunulub. Toyota Prado-da nöqtə dəyişikliklər nəzərə çarpır. Xromlanmış radiator barmaqlığı və ön faralarda edilmiş dəyişiklik dərhal diqqəti cəlb edir. Radiator barmaqlığı daha “ağır” görünür.
Müştərilər hər yeni modeldə inqilabi yeniliklər gözləsə də, Yaponiyanın avtomobil istehsalçısı Toyota hesab edir ki, populyar model olan Prado öz fərdiyyətini maksimum qorumalıdır.
Pradonun adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.
Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni dizaynda cihazlar paneli özündə 8 düyüm olan Toyota Touch 2 multi-media sistemi, Optitron spitometri və 4,2 düyümlük multi-informasiya displeyini birləşdirir.
Yeni Prado Azərbaycanda 8 komplektasiyada təklif olunur.
Komplektasiyadan asılı olaraq model 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.
Sürətlər qutusu 5 və 6 pilləli avtomatdır.
Yeni Toyota Pradonun qiyməti 43900 dollardan başlayır. Ən lüks təchizatlı Prestije + komplektasiyası 74700 dollara (130 min manat) təklif olunur. Bu əvvəlki model ilə müqayisədə Prado cüzi bahalaşıb. Bundan əvvəlki model 40900 dollardan başlayan qiymətlərlə təklif olunurdu.
Bildirildi ki, Noyabrın 14-dən etibarən Toyota-nın Azərbaycandakı 2 dilerindən (Toyota Bakı Mərkəzi və Toyota Abşeron Mərkəzi) əldə etmək olur.
Sonda qonaqlar və media nümayəndələri yeni Toyota Prado-nu sürərık sınaqdan keçirdilər.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 saat sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
3 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır






.jpg)
.jpg)








.jpg)


