“Kapital Bank”ın böyüklüyü 3 milyard manatı keçdi
“Kapital Bank” ASC 2016-cı ili 52 milyon 384,85 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2015-ci ili 61 milyon 924 min manat, 2014-cü ili isə 67 milyon 869 min manat xalis mənfəət ilə başa vurmuşdu.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Azərbaycanın ən qocaman bankının cəmi gəlirləri 336 milyon 589 min manat, o cümlədən faiz gəlirləri 210 milyon 392,97 min manat, qeyri-faiz gəlirləri 126 milyon 196,06 min manat təşkil edib.
Faiz və qeyri –faiz xərcləri çıxıldıqdan sonra Bankın 134 milyon 336,72 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 66 milyon 14,24 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Bundan başqa 15 milyon 937,63 min manat mənfəət vergisi ödənilib. Nəticədə də, Bank ötən ili 52 milyon 384,85 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, Bank gələcəkdə qaytarılmayan kreditlərə görə yarana biləcək itkilərdən sığortalanmaq məqsədilə ehtiyatlara böyük məbləğdə ayırma edib. Əgər ayırma az edilsəydi bankın xalis mənfəəti daha çox olardı.
31 Dekabr 2016-cı il tarixinə “Kapital Bank” ASC 3 milyard 96 milyon 690,92 min manat cəmi aktivlərə, 2 milyard 814 milyon 524,03 min manat öhdəliklərə, 282 milyon 166,89 min manat cəmi kapitala malik olub.
2016-cı ilin 9 ayının yekununda Bank 2 milyard 807 milyon manat cəmi aktivlərə malik idi.
“Kapital Bank” ASC 2014-cü ilin sonunda 1 milyard 375 milyon maanat, 2015-ci ilin sonunda isə 2 milyard 17,4 milyon manat aktivlərə malik idi.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. “Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























