Fed-in yeni sədri olacağı gözlənilir - 2 NOYABRDA AÇIQLANACAQ
ABŞ Prezidenti Donald Trumpın ABŞ Mərkəzi Bankının (Fed) növbəti sədri üçün namizədini cümə axşamı günü açıqlayacağı bildirilir.
"Marja" xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Trump, Fed sədrinin adını, 2 Noyabr Cümə axşamı günü ictimaiyyətə təqdim edəcək.
"New York Times"ın xəbərinə görə, ABŞ Prezidenti Donald Trumpın Fed-in başına hazırda İdarə Heyətinin üzvü olan Jerome Powell-ı gətirəcəyi gözlənilir.
Mövcud Fed Sədri Janet Yellenin 4 illik vəzifə müddəti 2018-ci ilin Fevral ayında başa çatacaq. Trump, Yellen də daxil olmaqla 3 namizədi qiymətləndirir. Yellenin rəqibləri, Fed-in İdarə Heyətinin üzvü Jerome Powell və Stanford Universitetinin İqtisadiyyat Professoru John Taylor-dur.
Ağ Evdən son günlər verilən adsız açıqlamalar, Trump-ın Powell-ı namizəd göstərəcəyinə dair ümidləri gücləndirib.
Fed sədrliyinə ən yaxın ad kimi görünən Powell-ı önə çıxaran amillər Respublikaçılar Partiyasını dəstəkləməsi və pul siyasəti baxımından Yellen ilə eyni xətdə dayanmasıdır.
Pauell, Corc Buş dövründə ABŞ Xəzinə Nazirliyində yüksək vəzifələrdə çalışıb. Hüquq sahəsində təhsil alan Pauell, 2012-ci ildən bu yana Fed-də işləyir.
Özəl sektor təcrübəsinə də malik olan Pauell, dövlət orqanlarındakı karyerasından əvvəl uzun müddət Dillon, Read & Co ve Carlyle Group kimi investisiya şirkətlərində çalışıb.
Pauell, gözləntilər əsasında -yeni lideri seçilərsə, Yellen sədr kürsüsü ilə 3 Fevral 2018 tarixində vidalaşacaq.
Fed-in siyasətində müstəqil bir qurum kimi göründüyü ölkədə, Yellenin ikinci sərdlik dövrü üçün təyin olunmaması, nadir yaşanan bir vəziyyət olaraq tarixə düşə bilər.
Buna baxmayaraq, Yellen istəsə Fed-in idarə heyətində üzvlüyünü 31 Yanvar 2024 tarixinə qədər davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)






