Qusarda zədəsiz meyvə yığımı
Qusarın müasir tipli intensiv meyvə bağlarında bol məhsul yetişdirilib.
Hazırda alma bağlarında məhsul yığımı yekunlaşmaq üzrədir. Rayonun Langu kəndində 60 hektardan çox sahədə əkilən intensiv meyvə bağlarında almanın 10-a yaxın növü becərilir. Məhsul verən bağlardan 40 hektarı intensiv üsulla becərilir. Bu bağlarda “Royal qala” “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith” və Avropadan gətirilən başqa sortlar yetişdirilir.
Aqronom Elnur Osmanov bu sortların ənənəvi alma növlərindən 3-4 dəfə daha çox məhsuldar olduğunu bildirir. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir.
Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük plastmas taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Langu kəndindəki təsərrüfatda 1500 ton tutumu olan soyuducu anbar və tara istehsal edən müəssisə fəaliyyət göstərir.
Meyvə bağlarından toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.
Satış zamanı təsərrüfatdakı müəssisədə hazırlanan plastmas yeşiklərdən istifadə olunur. Plastmas yeşiklər taxtadan fərqli olaraq almaların görünüşünə və keyfiyyətinə mənfi təsir etmir. Əvvələr xaricdən gətirilən yeşiklər indi yerli istehsal olduğundan ucuz başa gəlir. Bu da fermerlərə əlavə qazanc əldə etməyə imkan verir.
Müəssisədə alma ilə yanaşı zoğal, gilas, armud üçün də müxtəlif çeşidlərdə taralar istehsal olunur. Bu taralardan şimal bölgəsinin digər sahibkarları da faydalanırlar.
Langu kəndindəki intensiv meyvə bağlarından bu il 800 tondan çox məhsul yığılacağı gözlənilir. Təsərrüfat sahibi gələcəkdə bağların sahəsini 100 hektara qədər artırmağı nəzərdə tutub. Ümumilikdə, Qusar rayonunda 2 min 500 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 d. əvvəl
-
41 d. əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
Ən çox oxunanlar
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır


























