Bakcell abunəçiləri xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar.
“TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən Bakcell müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində, həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar.
Bakcell abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub.
“Bakcell TaxFree4U” mobil əlavəsini AppStore və ya GooglePlay vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
8 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
29 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
34 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
41 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 52 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib







.jpg)








.jpg)








