“Bank Silk Way” 9 ayı 7 milyon manata yaxın mənfəətlə bağlayıb
“Bank Silk Way” ASC 2017-ci ilin 9 ayını 6 milyon 692 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 18% çoxdur.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar sentyabr dövründə Bankın cəmi gəlirləri 33 milyon 682 min manat, cəmi xərcləri isə 25 milyon 682 min manat təşkil edib. Nəticədə Bankın 8 milyon manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətindən 1 milyon 173 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edilib, təxminən 136 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank 9 ayı 6 milyon 692 min manat xalis mənfəətlə bağlayıb.
9 ayda Bankın faiz gəlirləri 20 milyon 456,2 min manat, qeyri-faiz gəlirləri isə 13 milyon 226.94 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin 6 milyon 886 min manatı valyuta ticarətindən daxil olub.
Qeyd edək ki, “Bank Silk Way” 2016-cı ilin 9 ayını 5 milyon 669 min manat mənfəət başa vurmuşdu.
AKTİVLƏRİ CÜZİ ARTIB
30 Sentyabr 2017-ci il tarixində “Bank Silk Way” ASC 405 milyon 643 min manat cəmi aktivlərə, 282 milyon 162 min manat cəmi öhdəliklərə və 123 milyon 481 min manat cəmi balans kapitalına malik olub.
Bank 2016-cı ilin sonunda 403 milyon 992.8 min manat cəmi aktivlərə, 287 milyon 531 min manat cəmi öhdəliklərə və 116 milyon 461.7 min manat cəmi balans kapitalına malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
Son 9 ayda müştrilərə verilən kreditlər 388 milyon 332.7 min manatdan 369 milyon 797 min manata geriləyib. Bankda depozitlər isə cüzi - 170 milyon 44.9 min manatdan 170 milyon 980.2 min manata qalxıb. Əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) isə 120 milyon 381 min manatdan 102 milyon 97 min manata düşüb.
“Bank Silk Way” ASC ötən ilin sonunda Mərkəzi Banka 22,5 milyon manat olmuş borcundan bu il 5 milyon manat qaytarıb (17,5 milyon manata düşüb).
30 Sentyabr 2017-ci il tarixində “Bank Silk Way” 117 milyon 797 min manat məcmu kapitala malik olub.
Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
14 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul





















.jpg)
