Tikintidən və Dollar ticarətindən qazanan bank
Günay Bank valyuta ticarətndən ciddi gəlir götürür.
“Günay Bank” ASC 2017-ci ilin 9 ayını 2 milyon 79 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Günay Bank”ın cəmi gəlirləri 10 milyon 735 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 170 min manat, qeyri-faiz gəlirləri 5 milyon 565 min manat təşkil edib.
QEYRİ-FAİZ GƏLİRLƏRİ FAİZ GƏLİRLƏRİNDƏN ÇOXDUR
“Günay Bank”ın qeyri-faiz gəlirlərinin faiz gəlirlərindən yüksək olması diqqəti çəkir. Bankın 5 milyon 565 min manat qeyri-faiz gəlirlərinin 3 milyon 325 min manatını xarici valyuta ticarətindən əldə edib. Bu təsadüfi deyil. Belə ki, “Günay Bank” Dollar ticarətində ən səfəli məzənnələr təqdim edən banklardan biridir. Ötən ilin sonundan və bu ilin əvvəlindən fərqli olaraq ikinci və üçüncü rüblərdə spredlərin (alış və satış məzənnələri arasındakı fərq) aşağı düşməsinə baxmayaraq Bankın valyuta ticatərindən gəlir əldə etməsi bu işi düzgün qurduğuna işarədir. Bank valyuta ticarətindən 2017-ci ilin 1-ci rübündə 451.27 min manat, 2-ci rübündə 1 milyon 526 min manat, 3-cü rübündə isə 1 milyon 348 min manat gəlir götürüb.
“Günay Bank” 10 milyon 735 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 618 min manat xərc çəkib. Nəticədə Bank 5 milyon 117 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfətinin 3 milyon 37 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb (Bu bankda ödəmə vaxtı keçmiş kreditlərin artdığına işarədir). Bank 9 ayda mənfəət vergisi ödəməyib.
Xatırladaq ki, “Günay Bank” ASC 2015-ci ili 4 milyon 585 min manat, 2016-cı ili isə 4 milyon 697 min manat zərər ilə bağlamışdı.
AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ KƏSKİN ARTIB
30 Sentyabr 2017-ci il tarixinə “GünayBank”ın cəmi aktivləri 177 milyon 66 min manat, cəmi öhdəlikləri 118 milyon 790 min manat, cəmi balans kapitalı isə 58 milyon 276 min manat təşkil edib. Bank 2016-cı ilin sonunda 117 milyon 250 min manat cəmi aktivlərə, 63 milyon 374 min manat cəmi öhdəliklərə və 53 milyon 876 min manat cəmi kapitala malik idi.
Ötən 9 ayda müştərilərə verilən kreditlər təxminən 102 milyon manatda 131,4 milyon manata yüksəlib. Kreditlərin 100 milyon manata yaxını tikinti sahəsinə (yaşayış sahələrinin) verilib. Yeri düşmüşkən, "GünayBank" 5 milyon 170 min manat faiz gəlirinin 4 milyon 373 min manatını tikinti sektoruna verdiyi kreditlərə görə qazanıb.
“GünayBank”ın müştəriləri qarşısında öhdəlikləri artıb. 30 Sentyabr 2017-ci il tarixində “GünayBank”da depozitlər 58 milyon 859 min manat, o cümlədən əhalinin əmanətləri 20 milyon 810 min manat təşkil edib.
“GünayBank”ın Mərkəzi Banka 14 milyon 100 min manat borcu var.
“GünayBank”ın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
16 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul



















.jpg)


