“Biznes bir az da elmə vergi versin” - 0,1%-lik vergilə başlaya bilərik
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) biznes strukturlarına elmin inkişafı üçün maliyyələşməni üzərinə götürməyi və buna görə vergi ödəməyi təklif edib.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, hər bir ölkədə biznes elmin maliyyələşməsinin yarısını üzərinə götürür.
Onun sözlərinə görə, büdcə elmin inkişaf maliyyəsini tam ödəmir və biznes bu sahənin inkişafı üçün maliyyəni öz öhdəsinə götürməlidir:
"0,1%-LƏ BAŞLAYA BİLƏRİK"
“Hesab edirik ki, bu gün dövlətimizdə biznes o qədər də yekdil deyil. Amma hər bir halda biznes strukturları elmə bir qədər daha çox diqqət etsələr, bu sahənin inkişafına böyük təkan verə bilər. Biznes bu gün dövlətə vergi verir, bir az da elmə vergi versin. Gərək vergilər naziri Fazil Məmmədovla danışıb bu istiqamətdə bir yol taparaq qanunvericilikdə dəyişiklik edək. Verginin məbləğini 0,1 faizlə başlaya bilərik. Sonradan bunun elmə göstərdiyi təsirlərə baxaraq qərarlar vermək olar. Hər halda bu yol da həyata keçməlidir. Çünki bizim daima dövlətdən ayrılan maliyyənin, maaşımız artırılması barədə xahiş etməyimiz doğru yol deyil. Bunun yolu mənbənin cəm istiqamətdən alınmasıdır”.
A. Əlizadə qeyd edib ki, Azərbaycanda elmi inkişaf etdirmək üçün respublika məqsədli elmi proqramlar təşkil olunmalıdır. Onun sözlərinə görə, bu proqramlar çərçivəsində alimlərin hamısı birləşməlidir: “Kim elmdə ayrı-ayrı çıxış edəcəksə, çətinlik çəkəcək. Bu gün akademiyada olan tövsiyələrə riayət edərək riyaziyyatçılar, biofiziklər, bioloqlar, tibb istiqamətində olan sahələr birləşərək sensor biologiya istiqamətində yeni bir proqram təklif edirlər. Bu da onu göstərir ki, təbiət yekdil olduğu kimi onu tədqiq edən elm sahəsinin inkişafı da də cəm halında olmalıdır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)



