İqtisadi bloku təmsil edən yüksək vəzifəli rəsmilər Dünya Bankının toplantısındadır
Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun 17-ci illik toplantısı keçirilir.
Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təmsil edirlər.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunur.
Toplantı çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi təqdim edilib.
Dünya Bankı ekspertlərinin Azərbaycan üçün hazırladıqları bu sistem Azərbaycan nümayəndə heyətinə ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə ətraflı və şəffaf məlumat vermək imkanı yaradıb.
Coğrafi məlumat sistemi 2005-ci ildən başlamış və ikinci mərhələsi tamamlanmaqda olan Kənd İnvestisiya Layihəsi çərçivəsində icra olunmuş bütün sub-layihələri əks etdirir. Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem tətbiq şəklində hazırlanıb və mütəmadi olaraq yenilənəcək. Xəritədə hər bir kənddə icra olunmuş sub-layihə barədə məlumatla yanaşı, onun dayanıqlılığı, sub-layihənin həyata keçirilməsinə sərf edilən bütün vəsaitlər – istər nəzərdə tutulmuş, istərsə də paralel – öz əksini tapıb. Sub-layihələrdən faydalanan icma nümayəndələri öz rəylərini bu sistemdə istədikləri vaxt qeyd edə bilərlər və rəylər sistemdə onlayn olaraq görünür.
Coğrafi məlumat sisteminin ən böyük üstünlüyü onun şəffaflığıdır. Sistem həm dövlət, icma və xeyriyyə gəlirlərinə nəzarət etmək imkanı yaradacaq, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını gücləndirəcək, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edəcək.
Təqdimat zamanı, Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsinə böyük diqqət ayırır. O, Dünya Bankı ilə Azərbaycan dövlətinin birgə hazırladığı layihənin ölkəmizdə bu sektorun inkişafına daha güclü təkan verəcəyini bildirib.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə Kənd İnvestisiya Layihəsindən yüz minlərlə kənd sakininin faydalandığını, sub-layihələr sayəsində minlərlə kəndlinin işə cəlb olunduğunu bildirib.
Dünya Bankının Cənubi Qafqaz və Avropa və Mərkəzi Asiya region üzrə direktoru Mersi Tembon Azərbaycan hökuməti ilə birgə icra olunan bu layihə ilə fəxr etdiklərini bildirib. “Təsadüfi deyil ki, Dünya Bankının prezidenti bu uğurlu layihə barədə bütün iştirakçılara məlumat verəcək. Ümid edirik ki, digər ölkələrdə də Azərbaycanda yaradılmış bu sistem nümunə kimi tətbiq ediləcək” – xanım Tembon deyib.
Coğrafi İnformasiya Sisteminin təqdimatından sonra toplantıya qatılmış digər ölkələrin nümayəndələri, eləcə də Dünya Bankı nümayəndələri Kənd İnvestisiya Layihəsinin növbəti mərhələsində ölkənin daha böyük uğurlar əldə edəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə 2 layihə icra edir. Onlardan biri Kənd İnvestisiya layihəsi, digəri isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsidir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
12 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 15 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb























