"Azərsun Holdinq"in bankı depozitdən qazanır
“Azərbaycan Sənaye Bankı” ASC 2017-ci ilin 9 ayını 4 milyon 619,41 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, xalis mənfəət ötən ilin 9 ayı ilə müqayisədə 23% azalıb. “Azərbaycan Sənaye Bankı” 2016-cı ilin 9 ayında 5 milyon 992 min manat xalis mənfəət əldə etmişdi.
XƏRCLƏRİ, GƏLİRLƏRİNDƏN ÇOX ARTIB
Cari ilin 9 ayı ərzində “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 24 milyon 201 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 19 milyon 922 min manat cəmi gəlir əldə etmişdi. Beləliklə bankın gəlirləri 21,4% artıb.
“Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 13 milyon 535 min manatdan 17 milyon 920 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 6 milyon 387 min manatdan 6 milyon 281 min manata düşüb.
“Azərbaycan Sənaye Bankı” gəlirlərinin böyük hissəsini digər banklara yerləşdirdiyi depozitlərdən qazanır. Bankın digər banklarda yerləşdirdiyi depozitlərdən gəliri 5 milyon 577 min manatdan 9 milyon 187 min manata yüksəlib. Kreditlər üzrə faiz gəlirləri isə 7 milyon 869 min manatda 8 milyon 624 min manata qalxıb.
Bankın cəmi xərcləri təxminən 41% artaraq ötən ilin 9 ayındakı 12 milyon 232 min manatdan 17 milyon 621 min manata yüksəlib.
DİGƏR BANKLARA DEPOZİTLƏRİ 107 MİLYON MANATDAN ÇOX ARTIRIB
“Azərbaycan Sənaye Bankı” ASC 30 Sentyabr 2017-ci il tarixində 941 milyon 870 min manat cəmi aktivlərə, 851 milyon 807 min manat cəmi öhdəliklərə və 90 milyon 63 min manat cəmi kapitala malik olub.
“Azərbaycan Sənaye Bankı”nın digər banklarda yerləşdirdiyi depozitlər 549 milyon 799 min manat, müştərilərə verdiyi kreditlər isə 303 milyon 226 min manat təşkil edib. Yəni, Bank verdiyi kreditlərdən çox digər banklara depozit yatırıb.
“Azərbaycan Sənaye Bankı” 2016-cı ilin sonunda 787 milyon 179 min manat cəmi aktivlərə, 702 milyon 525 min manat cəmi öhdəliklərə və 84 milyon 653.57 min manat cəmi kapitala malik idi. Həmin tarixdə bankın digər banklarda yerləşdirdiyi depozitlər 442 milyon 675 min manat, müştərilərə verdiyi kreditlər isə 297 milyon 418 min manat təşkil etmişdi.
ƏHALİNİN ƏMANƏTLƏRİ AZALIB
Ötən ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”na yatırılan depozitlər 432 milyon 707 min manat səviyyəsindən 609 milyon 544 min manat səviyyəsinə qalxıb. Eyni dövrdə əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 324 milyon 781 min manatdan 295 milyon 647 min manata düşüb, hüquqi şəxslərin müddətli depozitləri isə 32 milyon 636 min manatdan 205 milyon 986 min manata qalxıb.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
14 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)



.jpg)


