Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
"2026-cı ili münasibətlərdə yeni bir səhifənin açıldığı tarixi dönüş nöqtəsinə çevirməyə hazırıq"ABŞ Prezidenti Donald Tramp (Donald Trupn) Çinə səfəri çərçivəsində ölkənin Dövlət başçısı Si Cinpin ilə (Xi Jinping) görüşüb.
"Marja" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Si görüşün əvvəlində verdiyi açıqlamada ABŞ Prezidenti Tramp ilə iki ölkəni və dünyanı maraqlandıran məsələləri müzakirə etmək və münasibətləri düzgün istiqamətdə inkişaf etdirərək gələcək üçün yeni bir səhifə açmaq istədiklərini bildirib.
Qlobal səviyyədə yüz ildə görünməmiş dəyişikliklərin sürətləndiyinə, beynəlxalq vəziyyətin qeyri-sabit və çalxantılı olduğuna, dünyanın yeni bir tarixi yolayrıcında olduğuna diqqət çəkən Si deyib: “Çin və ABŞ zamanın çağırışlarına birlikdə cavab verməlidir.”
Çin və ABŞ-ın fərqliliklərindən daha çox ortaq maraqlarının olduğunu, bir ölkənin uğurunun digəri üçün də fürsət olacağını vurğulayan Si, iki ölkənin rəqib deyil, tərəfdaş olması, bir-birinin uğuruna və rifahına töhfə verərək böyük güclərin yaxşı münasibətlər qurmasının doğru yolunu tapması lazım olduğunu ifadə edib.
Si iki böyük güc arasında yaxşı münasibətlərin dünyanın da xeyrinə olduğunu qeyd edərək, “Çin–ABŞ münasibətlərinin böyük "gəmisinə" düzgün istiqamət verərək 2026-cı ili münasibətlərdə yeni bir səhifənin açıldığı tarixi dönüş nöqtəsinə çevirməyə hazırıq”,- deyə bildirib.
“Ticarət müharibələrinin qalibi olmur”
Çin ilə ABŞ arasındakı iqtisadi və ticarət əlaqələrinin qarşılıqlı faydaya əsaslandığını və qazan-qazan münasibəti olduğunu vurğulayan Si qeyd edib: “Ticarət müharibələrinin qalibi olmur. Əgər fikir ayrılıqları və gərginliklər varsa, bərabər əsasda məsləhətləşmə həll üçün yeganə seçimdir.”
Si Tayvan məsələsinə dair isə Tayvan boğazında sülh və sabitliyin qorunmasının Çin ilə ABŞ-ın “ən böyük ortaq məxrəci” olduğunu vurğulayıb.
“Birlikdə möhtəşəm gələcəyimiz olacaq”
ABŞ Prezidenti Tramp da çıxışında Si ilə görüşdə “böyük məsələləri müzakirə etməyi” səbirsizliklə gözlədiyini və bəzi şəxslərin bunun bəlkə də “tarixdəki ən böyük görüüş” ola biləcəyini söylədiyini bildirib.
ABŞ ilə Çin arasındakı münasibətlərin indiyə qədər olduğundan daha yaxşı olacağına inandığını qeyd edən Tramp deyib: “Çətinliklərlə qarşılaşdıqda onların öhdəsindən gəlməyi bacardıq. Birlikdə möhtəşəm gələcəyimiz olacaq.”
Gündəmdə İran, Tayvan və ticarət məsələləri var
Bu gün səhər saatlarında Pekində Çin parlamentinin yerləşdiyi Böyük Xalq Salonunun da daxil olduğu Tyananmen meydanına çatan Tramp üçün qarşılama mərasimi təşkil olunub.
Tramp və Si mərasimdən sonra ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər üçün Böyük Xalq Salonunda görüşüblər.
Liderlərin görüşündə ikitərəfli ticarət və iqtisadi məsələlərlə yanaşı, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə və Çin ilə suverenlik mübahisəsi olan Tayvanın vəziyyətinin də gündəmdə olması gözlənilir.
ABŞ Prezidenti görüşlərdən sonra günortadan sonra Pekində tarixi Göy Məbədini ziyarət edəcək və axşam onun şərəfinə veriləcək rəsmi naharda iştirak edəcək.
Mayın 15-i səhər Çin lideri ilə çay görüşündə yenidən görüşəcək Tramp, birlikdə keçiriləcək işçi naharından sonra ölkəsinə qayıdacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
6 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























