Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Artan təchizat riskləri ilə əlaqədar olaraq dünya bazarında misin qiyməti 1 ton üçün 14 min dollar səviyyəsini keçərək ilin əvvəlində qeydə alınan tarixi zirvəyə yaxınlaşıb.
Marja xəbər verir ki, “qırmızı metal”ın qiyməti ardıcıl səkkizinci ticarət günündə də yüksələrək London Metal Birjasında (London Metal Exchange – LME) 14 min196,50 dollar/ton səviyyəsinə çatıb. Bu göstərici yanvar ayında qeydə alınan bütün zamanların rekord qiymətinə (14 min 527,50 dollar/ton) çox yaxındır.
Misə olan tələb, xüsusilə dünyanın ən böyük istehlakçısı olan Çinin güclü alışı hesabına dayanıqlı qalır. Ölkədə elektrik şəbəkələrinin genişlənməsi, bərpa olunan enerji investisiyaları və süni intellekt sektorunun inkişafı misə tələbatı dəstəkləyir.
Güclü tələb, İran müharibəsi ilə bağlı narahatlıqlar və təchizat problemləri iləmisin bahalaşmasına səbəb olur.
Hörmüz boğazından nəqliyyatın dayanması - neft emalı zavodlarından əlavə məhsul kimi əldə edilən kükürdün daşınmasını da dayandırıb. Xüsusilə Afrikadakı “Mis Kəməri”ndə (Zambiya və Konqo Demokratik Respublikası) yerləşən istehsal xətləri filizin ayrılması üçün lazım olan sulfat turşusunun istehsalında bu kükürddən asılıdır. Logistikadakı çətinlik qlobal mis təklifini birbaşa təhdid edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)







.jpg)




