"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib
"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində “PAŞA Ventures Company” MMC-nin yaradıldığını elan edir.
Hüquqi baxımdan əvvəlki “PAŞA Management Company” əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək.
“PAŞA Ventures Company” MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" pərakəndə satış şirkəti, "Caspian Entertainment" və "PAŞA Travel" kimi aktivlər birləşdiriləcək.
Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. Elnur 2020-ci ildən etibarən "PAŞA Holding"də Xüsusi Layihələr üzrə Direktor və Ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Qrupua qoşulmazdan əvvəl o, 23 il ərzində BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
"PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov mövzu ilə bağlı bildirib:
“PAŞA Ventures-in yaradılması müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin daha effektiv idarə olunmasına və inkişafına əlavə imkanlar yaradacaq. İnanıram ki, bu fəaliyyət Holdinqimizin fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə vermək məqsədinə xidmət edəcək.”
Qeyd edək ki, bu dəyişiklikdən sonra PAŞA Holding-in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: PAŞA Maliyyə Holding, PAŞA Real Estate və PAŞA Ventures. Bununla yanaşı, Holding çərçivəsində Agro Dairy və Bravo şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)













.jpg)
