Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
Daha çox addımla, daha çox internet qazan!“Azercell Telekom” MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ “GiqaAddım” kampaniyasına start verir. Təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi Azercell abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.
Belə ki, “GiqaAddım” kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.
Kampaniya tamamilə rəqəmsal şəkildə “Azercell” mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər “Azercell” mobil tətbiqini yeniləməli, daha sonra “İndi qoşul” bölməsi vasitəsilə cihazlarında “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar.
Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.
“GiqaAddım” kampaniyası fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə isə “SuperSən” və “Premium” tarif abunəçiləri üçün təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























