Mərkəzi Bankın sədrindən "Yelo Bank" ilə bağlı açıqlama
Avropa İttifaqının 20-ci sanksiya paketində "Yelo Bank" ASC-nin adının yer alması məsələsi Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovdan da soruşulub.
Marja.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Taleh Kazımov bu barədə suala cavabında deyib:
"Yelo Bank"ın adı Avropa İttifaqının 20-ci sanksiya paketinə daxil edilib. Sözsüz ki, biz bankla daimi təmasdayıq. Hazırda hər hansı problem görmürük. Bank həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Ona görə də bu istiqamətdə hər hansı mənfi gözləntimiz yoxdur.
Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalarla bağlı ola bilsin ki, ödənişlərdə müəyyən çətinliklər yaransın. Amma son həftələr ərzində bankla apardığımız müzakirələr göstərir ki, hazırda hər hansı ciddi problem yoxdur.
Səbəblərin araşdırılması üçün, sözsüz ki, biz həm bankla, həm də Mərkəzi Bankla birlikdə və ayrıca qaydada müvafiq instansiyalara müraciət edirik və bunu davam etdirəcəyik. Məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindəyik və ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı bu qərarını dəyişdirəcək.
Çünki bunun üçün hər hansı əsas görmürük. Həm beynəlxalq standartlara, həm də ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, “Yelo Bank” və digər banklarla bağlı vəziyyət izlənilir. Siz də görürsünüz ki, biz bütün təhsis tədbirlərimizi saytımızda açıq şəkildə dərc edirik. Yəni bu bankla bağlı hər hansı problem müşahidə etməmişik və hazırda da görmürük.
Ola bilsin ki, burada müəyyən anlaşılmazlıq var. Qeyd olunmuşdu ki, bank Rusiya Federasiyasının SPFS (Financial Messaging System of the Bank of Russia - red) sisteminə qoşulub. Amma bank bu sistemə kifayət qədər əvvəl — Rusiya-Ukrayna münaqişəsindən öncə qoşulmuşdu. Həmin sistemdən istifadə isə dayandırılıb. Ona görə də burada hansısa anlaşılmazlığın olması mümkündür. Biz həmin bankla bağlı hər hansı problem görmürük".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)




.jpg)






