“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
(®) “Azərlotereya” ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə “Bakı Marafonu 2026”nın tərəfdaşı olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini davam etdirib.
Marafonun əyləncə zonasında “Azərlotereya”nın xüsusi stendi qurulub və ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biri olub. Burada iştirakçılar üçün müxtəlif interaktiv oyunlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib. Şirkət bu təşəbbüslə idman və əyləncəni bir araya gətirərək iştirakçıların həm fiziki aktivliyini, həm də əhval-ruhiyyəsini artırmağı hədəfləyib.
2016-cı ildən etibarən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon formatında keçirilib. Marafon ənənəvi olaraq Dövlət Bayrağı Meydanından start götürüb və bu dəfə Sea Breeze ərazisində başa çatıb.
25 min iştirakçının qeydiyyatdan keçdiyi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları qələbə uğrunda yarışa qoşulublar.
Qeyd edək ki, “Azərlotereya” “Bakı Marafonu”nun 2022, 2023, 2024 və 2025-ci illərdə də tərəfdaşı olub.
Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli layihələrə dəstəyini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























