İrandan ABŞ-a yeni təklif
İranın, Hörmüz Boğazının yenidən açılması və müharibənin dayandırılmasını əhatə edən yeni bir təklif irəli sürdüyü, nüvə danışıqlarının isə daha sonrakı mərhələyə təxirə salınmasını təklif etdiyi bildirildir.ABŞ-li bir rəsmi və mövzuya yaxın iki mənbəyə görə, İran Hörmüz Boğazının yenidən açılması və müharibənin dayandırılmasına dair yeni bir təklifi ABŞ-a çatdırıb.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, təklifdə nüvə danışıqlarının növbəti bir mərhələyə saxlanılması nəzərdə tutulur.
Axios-un xəbərinə görə diplomatik proses "tıxanıb" və İran rəhbərliyi daxilində nüvə güzəştləri ilə bağlı fikir ayrılıqları mövcuddur. Sözügedən təklifin bu anlaşmazlığı aşaraq daha sürətli bir həll hədəflədiyi qeyd olunur.
Lakin ekspertlərə görə, boğazın açılması və blokadanın aradan qaldırılması ABŞ Prezidenti Donald Trampın İran üzərində ən mühüm təzyiq vasitələrindən birini ortadan qaldıra bilər. Vaşinqtonun hədəfləri arasında İranın zənginləşdirilmiş uran ehtiyatının azaldılması və uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması yer alır.
Üç ABŞ rəsmisinə görə Prezident Trampın bazar ertəsi yüksək səviyyəli milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə etmək üçün bir toplantı keçirməsi gözlənilir. Görüşdə danışıqlardakı vəiyyət və mümkün növbəti addımlar nəzərdən keçiriləcək.
Tramp Fox News-a verdiyi açıqlamada İranın neft ixracını məhdudlaşdıran dəniz blokadasının davam etməli olduğunu bildirərək, bunun Tehranın qısa müddətdə geri addım atmağa məcbur edə biləcəyini söyləyib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçının həftəsonu Pakistanda apardığı görüşlərdə irəliləyiş əldə olunmadığı bildirilir. ABŞ tərəfi, Əraqçı ilə İslamabadda görüşməyi planlaşdıran xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin səfərini ləğv edib.
Əraqçının bazar ertəsi Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşcəyi gözlənildiyi də qeyd olunur.
Diplomatik mənbələrə görə İran, pakistanlı vasitəçilər vasitəsilə çatdırdığı yeni təklifində - əvvəlcə boğaz böhranının həllini, ardınca uzunmüddətli atəşkəs və ya daimi sülh sazişini nəzərdə tutur. Nüvə danışıqlarının isə yalnız bu mərhələdən sonra başlanması planlaşdırılır.
Ağ Evin təklifi aldığı, lakin ABŞ-nin bu təklifə necə cavab verəcəyinin hələlik aydın olmadığı qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
13 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
30 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır


























