Ölkə üzrə peyvəndləmə tədbirləri davam etdirilir
Heyvan sağlamlığının qorunmasında peyvəndləmə ən təhlükəsiz və effektiv vasitələrdən biri hesab olunur. Yoluxucu xəstəliklərə qarşı tətbiq edilən peyvəndlər heyvanlarda immunitet yaradır, xəstəlik riskini azaldır və məhsuldarlığın artmasına mühüm təsir göstərir.
Azərbaycanda epizootik sabitliyin qorunması və xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması məqsədilə hər il "Epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən qarayara, dabaq, quduzluq, çiçək və digər xəstəliklərə qarşı tam ödənişsiz profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən peyvəndləmə tədbirləri "soyuq zəncir" prinsipinə əsaslanaraq vaxtında bölgələrə çatdırılır və özəl baytarlar tərəfindən heyvanlara tətbiq edilir. Qeyd edək ki, peyvəndləmədən sonra ərazidə məcburi dezinfeksiya tədbirləri icra olunur. Peyvəndləmədən sonra heyvanlarda qızdırma, ishal, qusma və s. kimi əlamətlər müşahidə oluna bilər ki, bu zaman mütləq baytar mütəxəssisə müraciət edilməlidir.
Əziz fermerlər unutmayın ki, heyvanların peyvəndlənməsi yalnız fərdi təsərrüfat üçün deyil, ümumilikdə aqrar sahənin davamlı inkişafı və ərzaq təhlükəsizliyi üçün vacib amillərdən biridir. Fermerlərə heyvanları peyvəndləmədən yayındırmamaq tösviyə olunur. Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 – “Çağrı mərkəzi”nə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























