Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
(®) Unibank KB 16–22 mart tarixlərini əhatə edən “Qlobal Pul Həftəsi” (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.
Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətini aşılamaq, pulun düzgün idarə olunması və qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına töhfə vermək olub.
Məktəblilər tədbir zamanı bankın İdarə Heyətinin sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirovla da görüşüblər. O, çıxışında “Qlobal Pul Həftəsi”nin əhəmiyyətini vurğulayaraq, maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının vacibliyini qeyd edib. Bank rəhbəri bildirib ki, bu cür tədbirlər gələcəkdə maliyyə baxımından savadlı, məsuliyyətli və uğurlu vətəndaşların formalaşmasına xidmət edir.
Tədbirin davamında iştirakçılar üçün maliyyə savadlılığı mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı məktəblilərə pulla düzgün davranış qaydaları, gündəlik xərclərin idarə olunması, qənaət vərdişləri və maliyyə planlaşdırmasının əsasları izah edilib. Eyni zamanda uşaqlar mövzu ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirərək öyrəndiklərini praktik şəkildə tətbiq etmək imkanı qazanıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində məktəblilər bankın müxtəlif departamentləri və filialın fəaliyyəti ilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























