Yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verilib
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şərq – Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün “Cargo tracking” (Cargo-tracking.ady.az) platformasını istifadəyə verib.
QSC-nin yaydığı məlumatda bildirilri ki, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır.
“Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.
Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi və müvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə və təyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin cari dislokasiyasının əks olunması, eyni zamanda son əməliyyatın icra olunduğu stansiyanın adının göstərilməsi daxildir. “Cargo tracking” marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin və proqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətinin hesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki (pasport) məlumatlarının təqdim edilməsini təmin edir.
İnnovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hazırda Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbəti mərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyası nəzərdə tutulur.
Əlavə edilib ki, platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühüm töhfə verir. İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımaların idarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha da təkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarının rəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regionda logistika proseslərinin, o cümlədən konteyner daşımalarının daha səmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlar yaradır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
8 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
8 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























