Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
"PAŞA Sığorta" şirkəti Tam KASKO sığortasının 20% endirimlə satışına başlayıb. Tam KASKO sığortası avtomobil sahiblərinə avtomobil nəqliyyatı hadisəsi, yanğın, partlayış, oğurluq, təbii fəlakət, üçüncü şəxslərin hərəkətləri və digər risklər qarşısında maliyyə təhlükəsizliyi təmin edir.(®) Bu il 20 illiyini qeyd edən PAŞA Sığorta avtomobil sahibləri üçün xüsusi “Yubiley Kampaniyası”na start verir. Şirkət bu münasibətlə sürücülərə Tam KASKO sığortasında 20% endirim təqdim edir.
Kampaniya çərçivəsində sığorta haqqı 500 AZN və daha yüksək məbləğli öz avtomobili üçün Tam KASKO məhsulu əldə etmək istəyən sürücülər 20% xüsusi endirim qazanacaq.
Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən yeni və ya sığortasını yeniləmək istəyən müştərilərə şamil edilir. Üstəlik sığorta haqqını hissələrə bölərək bir neçə ay ərzində də ödəmək mümkündür.
20 il ərzində minlərlə sürücünün etibarını qazanan PAŞA Sığorta bu yubiley kampaniyası ilə müştərilərinə təşəkkürünü bildirir. Tam KASKO sığortası avtomobil sahiblərinə avtomobil nəqliyyatı hadisəsi, yanğın, partlayış, oğurluq, təbii fəlakət, üçüncü şəxslərin hərəkətləri və digər risklər qarşısında maliyyə təhlükəsizliyi təmin edir.
Kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud https://cutt.ly/erjbpGTb linki vasitəsilə onlayn müraciət edə bilərsiniz. Kampaniyadan yararlanmaq üçün PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən də müraciət etməyiniz mümkündür.
2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” ASC Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
12 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
17 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























