"N.Nərimanov" metrosu yaxınlığında, faizsiz kreditlə, premium mənzillər
(®) Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksək tikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün “City Garden Narimanov” diqqət çəkən ünvanlardan biridir.
“N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşən “City Garden Narimanov” şəhərin mərkəzində komfortlu və premium həyat təklif edən meqa yaşayış kompleksidir. Şəhərin əsas yollarına, biznes və ticarət mərkəzlərinə, sosial obyektlərə yaxınlıq sakinlərə həm vaxta qənaət etməyə, həm də daha rahat həyat tərzi qurmağa imkan yaradır.
Kompleksin memarlıq həlli həm estetik, həm də funksional yanaşma üzərində qurulub. Binaların fasadı uzunömürlü, keyfiyyətli, isti və soyuğa davamlı keramoqranitlə üzlənir. Mənzillərin divarları və döşəmələri arasında tətbiq olunan izolyasiya qatları isə qonşu mənzillərdən gələn səsləri minimuma endirərək daha sakit və komfortlu yaşayış mühiti yaradır. Kompleksdə tətbiq olunan mərkəzi istilik sistemi də sakinlər üçün stabil və rahat temperatur təmin edir.

“City Garden Narimanov” ərazisində 17,4 hektar yaşıllıq sahəsi nəzərdə tutulub. Geniş park zonaları və ağaclarla zəngin landşaft sakinlərə şəhərin mərkəzində belə təbiətə yaxın mühitdə yaşamaq imkanı yaradır. Günəş panelləri, tullantıların çeşidlənməsi və yağış sularının toplanması ilə layihədə ekoloji məsuliyyət də diqqətdə saxlanılıb.
Kompleksin sosial infrastrukturu da gündəlik rahatlıq üçün planlaşdırılıb. Ərazidə mall, fitness mərkəzi və müxtəlif iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bundan əlavə, layihə ərazisində yerləşən və sentyabr ayında fəaliyyətə başlayacaq “Landau School” ailələr üçün əlavə üstünlük yaradır.
“City Garden Narimanov” layihəsində mənzillər sakinlərə premium təmirli şəkildə təhvil verilir. Mənzillərdə Almaniya istehsalı “HARO” parketləri, elektrik açarlarında İtaliyanın “GEWISS” brendi, elektrik sistemində isə İtaliya istehsalı “Prysmian” yanmayan kabelləri istifadə olunur. Divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında Almaniyanın “GROHE” brendi, sanitar və ümumi sahələrdə isə İtaliyanın “Infinity” keramoqranitləri tətbiq edilir. Bu materiallar həm keyfiyyət, həm təhlükəsizlik, həm də estetik baxımdan yüksək standart yaradır.

Layihənin tikintisində müasir və etibarlı texnologiyalar tətbiq olunur. Binalar beton pərdə sistemi ilə inşa edilir, tava tipli bütöv təməl üzərində qurulur və 12 metrədək dərinliyə enən beton ayaqlarla gücləndirilir. Bundan əlavə, mufta birləşmə sistemi tətbiq olunur ki, bu da konstruksiyanın möhkəmliyini və təhlükəsizliyini daha da artırır.
“City Garden Narimanov” layihəsində yeni “Evini hissə-hissə al” satış modeli də aktivdir. Bu model sayəsində istər 3 kv.m, istər 5 kv.m alaraq mənzil sahibi olmağa başlaya bilərsən. Daha sonra imkanın olduqca mənzilinin sahəsini artıraraq onu mərhələli şəkildə, faizsiz və aylıq ödəniş öhdəliyi olmadan tam sahəyə çatdıra bilirsən.

Kompleksdə sahəsi 59,65–169,74 kv.m arası 2, 3 və 4 otaqlı, eləcə də studiya tipli mənzillər 20 ilədək ipoteka və ya 36 ayadək faizsiz, daxili kredit şərtləri ilə satışdadır. Mənzil alarkən ödənilən ƏDV isə 30 iş günü ərzində geri qaytarılır.
Layihə ilə yaxından tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

