"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Lüks avtomobil istehsalçısı "Aston Martin" 40 milyon funt sterlinq qənaət etmək məqsədilə işçilərinin 20%-ni ixtisar edəcəyini açıqlayıb.
Marja xəbər verir ki, şirkət ötən ilə dair maliyyə nəticələrini açıqlayaraq, 2025-ci ildə vergidən əvvəlki zərərinin 363,9 milyon funt sterlinq təşkil etdiyini bildirib. Bu göstərici əvvəlki ildə qeydə alınmış 289,1 milyon funt sterlinqlik zərərlə müqayisədə artım deməkdir. Zərərin böyüməsinə ABŞ-ın gömrük tarifləri və zəif tələb təsir göstərib.
"Aston Martin" 2025-ci ildə gəlirinin 21% azalaraq 1,26 milyard funt sterlinqə düşdüyünü açıqlayıb. Satılan avtomobil sayı 10% azalaraq 5448 ədədə geriləyib.
Şirkət 40 milyon funt sterlinq qənaət etmək üçün əməkdaşlarının 20%-ni ixtisar edəcəyini qeyd edib.
"Aston Martin"in İdarə Heyətinin sədri Lawrence Stroll nəticələrlə bağlı açıqlamasında bildirib:
“2025-ci ilin əvvəlində şirkətin gələcək planlarını həyata keçirmək üçün adekvat resurslara malik olmasını təmin etmək məqsədilə təşkilati dəyişikliklər prosesinə başladıq və ilin sonuna doğru əlavə addımlar atmaq barədə çətin qərar qəbul etməli olduq. Son proqram işçi qüvvəmizin 20%-ə qədəri ilə yollarımızın ayrılması ilə nəticələnəcək.”
Şirkətin baş icraçı direktoru Adrian Hallmark isə bildirib ki, nəticələr çətin ticarət şəraitində formalaşıb. Geosiyasi qeyri-müəyyənliklər, eləcə də ABŞ və Çində tətbiq edilən tariflər tələb və xərclər üzərində təzyiq yaradıb.
Şirkət ötən ilin əvvəlində də 170 əməkdaşını ixtisar edəcəyini açıqlamışdı. Hazırda "Aston Martin"in təxminən 3 min əməkdaşı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























