AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Bakı–Abşeron regionu üzrə nəzərdə tutulan genişmiqyaslı su infrastruktur proqramını və onun maliyyələşmə mexanizmlərini müzakirə edib.Fevralın 25-də Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə imzalanması nəzərdə tutulan layihələr üzrə işlərin gedişi, eləcə də su və şəhər infrastrukturu sahələrində prioritet istiqamətlər müzakirə edilib.
A.Kərimov bildirib ki, özəl sektorun dəstəklənməsi, şəhər infrastrukturunun gücləndirilməsi, ətraf mühitin davamlılığının təmin edilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində AYİB Azərbaycanın əsas tərəfdaşlardan biridir. Qeyd olunub ki, icra edilən layihələr strateji əhəmiyyət daşıyır və onlar mərhələli şəkildə, fiskal dayanıqlılıq və effektiv maliyyələşmə prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Maliyyə nazirinin birinci müavini əlavə edib ki, Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələr yalnız şəhər infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli su təminatını təmin etmək baxımından deyil, həm də şəhərlərdə ekoloji standartların yüksəldilməsi, kommunal xidmətlərin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Öz növbəsində, N.Mouravidze Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Bank üçün əsas prioritetlərdən birinin su və şəhər infrastrukturu sahələrində layihələrin icrasının sürətləndirilməsi, eləcə də növbəti mərhələlər üzrə maliyyələşmənin səmərəli və məqsədyönlü çərçivədə strukturlaşdırılması olduğunu bildirib. O, eyni zamanda yaşıl keçid, iqlim maliyyələşməsi və texniki dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətlərində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı, həmçinin Bakı–Abşeron regionu üzrə nəzərdə tutulan genişmiqyaslı su infrastruktur proqramı, onun maliyyələşmə mexanizmləri, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















