Nestle-dən ixtisar qərarı: İki il ərzində 16 min nəfər işdən çıxarılacaq
Dünyanın ən böyük qida şirkətlərindən biri olan Nestlé tərəfindən verilən açıqlamaya görə, əməliyyat strukturunu sadələşdirməyi və səmərəliliyi artırmağı hədəfləyən şirkət yeni Baş İcraçı Direktoru (CEO) Philipp Navratil rəhbərliyində genişmiqyaslı strateji transformasiya proqramına start verib.
Marja xəbər verir ki, qəhvə, ev heyvanları üçün məhsullar, qidalanma və sağlamlıq məhsulları, eləcə də ərzaq və qəlyanaltı kateqoriyaları əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Ötən ilin oktyabr ayında vəzifəyə başlayan Navratil marketinq və innovasiya investisiyalarını maliyyələşdirmək məqsədilə sərt xərclərə nəzarət proqramı həyata keçirir.
Növbəti iki il ərzində planlaşdırılan 16 min nəfərlik ixtisar şirkətin təxminən 280 min nəfərlik ümumi işçi qüvvəsinin 6 faizinə bərabərdir.
Bu addımla 2027-ci ilin sonunadək illik 1 milyard İsveçrə frankı (1,3 milyard dollar) qənaətə nail olunması hədəflənir. Şirkət bildirib ki, bu məqsədin artıq 20 faizinə çatılıb.
Bununla yanaşı, strateji fokus planı çərçivəsində Nestlé dondurma biznesinin qalan aktivlərini Froneri şirkətinə ötürmək üçün mərhələdə danışıqları davam etdirir.
Digər tərəfdən, Nestlé 2025-ci ilə dair maliyyə nəticələrini də açıqlayıb.
Məlumata əsasən, şirkətin satışları ötən il 2 faiz azalaraq 89 milyard 490 milyon İsveçrə frankına (116 milyard dollar) düşüb. Analitiklərin gözləntisi 89,83 milyard İsveçrə frankı idi.
Şirkətin xalis mənfəəti isə 17 faiz azalaraq 9,03 milyard İsveçrə frankına geriləyib.
Nestlé-nin valyuta təsiri və satınalmalar istisna olmaqla üzvi satışları isə ötən il 3,5 faiz artıb. Analitiklər üzvi artımın 3,38 faiz olacağını proqnozlaşdırırdılar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
12 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 15 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























