Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müşahidələr göstərir ki, Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir. Belə ki, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0.5 f.b. azaldılmış və AZIR indeksi bu dəyişikliyə çevik reaksiya vermişdir. AZIR indeksinin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 f.b. azalmışdır.

Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti İcmalının Fevral - 2026 sayında bildirilir. 

Qeyd edilib ki, sözügedən azalma dövlət qiymətli kağızları bazarında da öz əksini tapmışdır. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonunda azalma müşahidə olunmuşdur. Belə ki, geri ödəmə müddəti 3 aylıq istiqrazlar üzrə gəlirlilikdə 1.61 f.b., 1 illik istiqrazlar üzrə 1.8 f.b., 4 illik istiqrazlar üzrə isə 2.84 f.b. azalma qeydə alınmışdır.

Uçot dərəcəsinin dəyişimi depozit və kredit faizlərinə də müəyyən qədər təsir etmişdir. Belə ki, 2025-ci ilin ikinci yarısından başlayaraq manatla yeni depozitlərin və yeni verilmiş kreditlərin faizlərində azalmalar müşahidə edilmişdir.

Hesabat ilində banklararası bazarın təminatsız seqmenti üzrə əməliyyat fəallığı yüksək olaraq qalıb. Belə ki, 2025-ci il ərzində Blumberq ticarət sistemində banklar arasında ümumi həcmi 65.4 mlrd. manat olan 3661 ədəd əqd bağlanmışdır. Bu əməliyyatların cəmi həcminin 95%-i 1-3 günlük əqdlər hesabına formalaşmışdır.

18.02.2026 18:04

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18