Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 90 milyon dollardan 3 milyard 538 milyon dollara, o cümlədən ixracı 3 milyard 38 milyon dollardan 2 milyard 235 milyon dollara, idxalı isə 2 milyard 52 milyon dollardan 1 milyard 302 milyon dollara düşüb.2026-cı ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 538 milyon 60 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 2 milyard 235 milyon 845 min ABŞ dolları, idxal əməliyyatları üzrə 1 milyard 302 milyon 215 min ABŞ dolları ticarət qeydə alınıb, müsbət saldo 933 milyon 630 min ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 90 milyon 838 min ABŞ dolları, o cümlədən ixrac 3 milyard 38 milyon 454 min ABŞ dolları, idxal 2 milyard 52 milyon 384 min ABŞ dolları, müsbət saldo 986 milyon 70 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, 2026-cı ilin yanvarında 2025-cı ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 90 milyon dollardan 3 milyard 538 milyon dollara, o cümlədən ixracı 3 milyard 38 milyon dollardan 2 milyard 235 milyon dollara, idxalı isə 2 milyard 52 milyon dollardan 1 milyard 302 milyon dollara düşüb.
Başqa sözlə, Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 552 milyon 778 min dollar və ya 43,9%, ixracı 802 milyon 609 min dollar və ya 35,9%, idxalı isə 750 milyon 168 min dollar və ya 57,6% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















