Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) PAŞA Bank və Deloitte Private tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin ikinci mərhələsinə start verilib.

Müsabiqənin bu mərhələsi iştirakçı şirkətlərin biznes potensialının dərin təhlili, eləcə də idarəetmə və liderlik təcrübələrinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İkinci mərhələ çərçivəsində iştirakçı şirkətlər peşəkar mütəxəssislərlə keçirilən işgüzar görüşlər vasitəsilə öz fəaliyyət modellərini daha ətraflı dəyərləndirmək imkanı əldə edirlər. Görüşlər zamanı xüsusi hazırlanmış suallar əsasında müzakirələr aparılır, qabaqcıl beynəlxalq təcrübələr paylaşılır və şirkətlərin strateji inkişaf perspektivləri hərtərəfli təhlil olunur.

“Best Managed Companies” proqramı iştirakçı şirkətlərə öz fəaliyyətlərini beynəlxalq təcrübə ilə müqayisə etmək, idarəetmə proseslərini təkmilləşdirmək və uzunmüddətli inkişaf üçün yeni strateji baxış formalaşdırmaq imkanı yaradır. Proqram mükəmməl idarə olunan, rəqabətqabiliyyətli və dayanıqlı biznes modellərinə malik şirkətlərin tanıdılması üçün nüfuzlu beynəlxalq platforma kimi çıxış edir.

Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” müsabiqəsi illik gəliri 20 milyon manatdan yüksək olan və özəl sektorda fəaliyyət göstərən qabaqcıl Azərbaycan şirkətlərinin yerli və beynəlxalq səviyyədə tanıdılmasına yönəlib. Proqram çərçivəsində qalib şirkətlər “Best Managed Companies” beynəlxalq şəbəkəsinə qoşularaq dünyanın aparıcı şirkətləri ilə eyni platformada yer almaq imkanı əldə edirlər.

Layihənin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Biznesin İnkişafı Fondu, Azərbaycan-Amerika Ticarət Palatası (AmCham Azerbaijan), ADA Universiteti və İctimai Televiziyadır.

“Best Managed Companies” mükafat proqramı ilk dəfə 1993-cü ildə Kanadada təsis edilib və bu gün dünyanın ən nüfuzlu biznes qiymətləndirmə proqramlarından biri kimi tanınır. Hazırda proqram 46 ölkədə, o cümlədən ABŞ, Çin, Avropa ölkələri, Cənub-Şərqi Asiya, Türkiyə, Meksika və Çilidə uğurla həyata keçirilir.

Azərbaycanda proqram 2021-ci ildən etibarən keçirilir. İndiyədək müsabiqədə 50-yə yaxın şirkət iştirak edib, 11 şirkət isə “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır. 

Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.

İş elanları AzVak.az-da

BestManagedCompaniesAzerbaijan PAŞABank DeloittePrivate biznesmüsabiqəsi2026 BestManagedCompanies mükafatproqramı Azərbaycanşirkətləri idarəetməyetəcrübəsi liderliktəcrübəsi beynəlxalqstandartlar şirkətlərinqiymətləndirilməsi biznespotensialı işgüzargörüşlər stratejiinkişaf dayanıqlıbiznesmodelləri qalibşirkətlər ArazSupermarketlər AVRORAQrup AzerconnectGroup BridgeGroup Embawood NORMSement SƏBA OBAMarket VeysəloğluŞirkətlərQrupu METAK AzərsunHoldinq Azərbaycanbiznesi yerlivəbeynəlxalqsəviyyədə proqram2026 AmChamAzerbaijan ADAUniversiteti İctimaiTeleviziya BiznesinİnkişafıFondu biznesliderləri rəqabətqabiliyyətlişirkətlər innovativbiznespraktikası
05.02.2026 11:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18