Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır - İlin ortasında 6200 dollara yüksələcək

Qızılın qiymətinin son günlər düşməsinə baxmayaraq, UBS bu ilin ortası üçün yuxarı yönlü proqnoz verib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır - İlin ortasında 6200 dollara yüksələcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər qızılın qiymətində son 13 ilin ən sürətli ucuzlaşması yaşanıb. Buna baxmayaraq, yanvar ayında qızıl hələ də 13% dəyərlidir. Marja xəbər verir ki, qlobal miqyasda investorlar və ailələr üçün geniş maliyyə xidmətləri paketi, investisiya həlləri və fərdiləşdirilmiş məsləhətlər təqdim edən UBS, bu il ABŞ Federal Ehtiyat Sistemindən (FED, ABŞ Mərkəzi Bankı) iki faiz endirimi gözləndiyini bildirərək, Fed-in siyasətində ciddi dəyişiklik gözlənilmədiyini qeyd edib.

UBS bildirib ki, Dünya Qızıl Şurasının (World Gold Council) güclü tələbat hesabatından sonra qiymət proqnozlarını artırıb. Bank yaxın günlərdə qızıl qiymətlərinin 4500–4800 dollar/unsiya aralığında konsolidasiya olacağını, ilin ortasında isə 6200 dollara doğru yüksələcəyini proqnozlaşdırır.

Reklam_3_11

UBS son hesabatında qeyd edib:

"Yaxın günlərdə qiymətlərin əsas faktorlar yenidən daha böyük rol oynayana qədər 4500–4800 dollar/unsiya səviyyəsində konsolidasiya olacağını gözləyirik. Son dövrdə ABŞ-da real faiz dərəcələrinin düşməsi və geosiyasi qeyri-müəyyənliyin davam etməsi ilə stimullaşdırılmış güclü mərkəzi bank alışları, ETF-lərə daxilolmaların artması və külçə və sikkələrə olan tələbin yüksəlməsi nəticəsində 2026-cı il üçün tələbat proqnozlarımızı artırdıq."

Banka hesabatında qızılı cazibədar aktiv kimi qiymətləndirməyə davam etdiklərini bildirərək əlavə edilib:

"Qlobal portfel bölgümüzdə qızıl mövqeyimizi qoruyuruq. Bundan əlavə, son ucuzlaşmanın gəlir axtaran investorlar üçün nisbətən yüksək qiymət oynaqlıqdan faydalanmaq imkanları yaratdığına inanırıq."

İş elanları AzVak.az-da

Qızıl qiymətləri son 13 ilin ən sürətli ucuzlaşması yanvar ayında qızılın 13% artımı UBS qızıl proqnozu ABŞ Federal Ehtiyat Sistemi Fed faiz endirimi gözləntiləri World Gold Council hesabatı mərkəzi bankların qızıl alışları qızıl tələbatının artması ETF-lərə daxilolmalar geosiyasi qeyri-müəyyənlik real faiz dərəcələrinin azalması qızıl konsolidasiyası 4500–4800 dollar unsiya 6200 dollar qızıl proqnozu 2026-cı il qızıl tələbi investisiya portfelində qızıl qızılın cazibədar aktiv kimi rolu qiymət oynaqlığı və investor imkanları UBS hesabatı qlobal maliyyə bazarları
02.02.2026 12:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar