Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
(®) Wolt+ abunəliyinə həsr olunmuş və şirkətin qlobal miqyasda ən böyük marketinq kampaniyası olan Wolt+ Həftələri başladı. Kampaniya beşinci dəfədir ki, həyata keçirilir və 2026-cı ilin yanvarında başlayıb.
Üç həftə ərzində — 15 yanvar – 4 fevral 2026-cı il tarixlərində — Azərbaycanda Wolt+ üzvləri platformadakı restoran və mağazalardan eksklüziv təkliflər və xüsusi endirimlər əldə edəcəklər.
Wolt+ Həftələri kampaniyası çərçivəsində ilk dəfə olaraq təkliflər həftəlik əsasda yenilənəcək. Wolt tətbiqində təqdim olunan xüsusi təkliflər təqvimi vasitəsilə istifadəçilər qarşıdakı günlərdə hansı endirimlərin və kateqoriyaların aktiv olacağını əvvəlcədən görə biləcəklər. Bu format kampaniyada iştirakı daha şəffaf edir və istifadəçiləri tətbiqə mütəmadi olaraq geri qayıtmağa təşviq edir.
Azərbaycanda kampaniya çərçivəsində Wolt+ üzvləri restoranlar və mağazalardan verilən sifarişlərdə 50%-dək endirimlərdən yararlana biləcəklər. Kampaniyaya həmçinin xüsusi abunə qiymətləri daxildir və bəzi təkliflər yalnız Wolt+ üzvləri üçün nəzərdə tutulub. Təkliflərin həftəlik rotasiyası restoran və mağazalara zamanla istifadəçi diqqətini cəlb etməyə imkan verir və həm kiçik və orta bizneslərin, həm də iri şəbəkələrin Wolt+da iştirakının üstünlüklərini hiss etməsinə şərait yaradır.
Wolt+ Həftələri kampaniyası artıq Azərbaycanda Wolt istifadəçiləri üçün aktivdir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 20 d. əvvəl
-
24 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
43 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























